Şahbazov Novak ilə görüşüb
Energetika naziri Pərviz Şahbazov Moskvada “Rusiya Enerji Həftəsi” çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.
Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novakla görüşdə Azərbaycan ilə Rusiya arasında neft-qaz hasilatı, nəqli və neft məhsullarının təchizatı, həmçinin elektrik enerjisi üzrə əlaqalərin cari vəziyyəti nəzərdən keçirilib. Rusiya enerji şirkətləri ilə birgə layihələr üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib. İranın “Monenco” şirkəti tərəfindən Rusiya, Azərbaycan və İranın enerji sistemlərinin birləşdirilməsi layihəsinin texniki-iqtisadi əsaslandırılması istiqamətində görülən işlərə, eləcə də “OPEC plus” formatı çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Rusiya ilə ikitərəfli enerji əlaqələri, həmçinin Rusiya, Azərbaycan və İranın enerji sistemlərinin birləşdirilməsinə dair məsələlərin müzakirəsi energetika naziri Nikolay Şulqinov ilə görüşdə də davam etdirilib.
Nazir Pərviz Şahbazov Pakistanın energetika və neft naziri vəzifəsini icra edən Məhəmməd Əli ilə də görüşüb. Görüşdə dostluq, qardaşlıq və tərəfdaşlıq üzərində qurulan münasibətlərin inkişafında enerji əməkdaşlığının rolundan bəhs edilib. Bu xüsusda, “SOCAR Trading” şirkəti ilə LNG təchizatı üzrə imzalanmış müqavilənin əhəmiyyəti qeyd olunub. Yeni əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Tacikistanın energetika və su resursları naziri Daler Cuma ilə görüşdə isə neft-qaz və bərpa olunan enerji layihələrində Azərbaycan şirkətlərinin iştirak təklifləri dəyərləndirilib. Tacikistanın ölkəmizlə geniş enerji əməkdaşlığı qurmaqda maraqlı olduğu ifadə edilib.
XXX
Azərbaycanın energetika naziri Pərviz Şahbazov Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilə görüşüb.
"Aleksandr Novak ilə neft-qaz hasilatı, nəql və elektrik enerjisi sahəsində layihələrin inkişafını, OPECplus formatında əməkdaşlığımızı dəyərləndirdik",- naziri X sosial şəbəkəsində bildirib.
Bu gün Şahbaz Moskvada Rusiyanın energetika naziri Nikolay Şulqinov ilə ikitərəfli enerji əlaqələri, Rusiya, Azərbaycan və İran enerji sistemlərinin birləşdirilməsinə dair məsələləri müzakirə edib.
Azərbaycanın energetika naziri "Rusiya Enerji Həftəsi"ndə iştirak etmək üçün Rusiyada səfərdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
30 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
46 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
50 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























