"Muğanbank" maliyyə nəticələrini açıqlayıb
"Muğanbank" ASC 2023-cü ilin 9 ayı üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, 30 Sentyabr 2023-cü il tarixində "Muğanbank" 647 milyon 971 min manat cəmi aktivlərə malik olub. Bank 2022-ci ilin sonunda 799 milyon 338 min manat cəmi aktivlərə malik idi.
30 Sentyabr 2023-cü il tarixində "Muğanbank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 447 milyon 415 min manat, depozit portfeli 322 milyon 478 min manat olub.
"Muğanbank"ın istehlak kreditləri portfeli 2023-cü ilin 9 ayında 2022-ci ilin 9 ayı ilə müqayisədə 3,5% artaraq 46 milyon 126 min manata, ipoteka kreditləri portfeli isə 22,5% artaraq 139 milyon 734 min manata yüksəlib.
"Muğanbank" faiz gəlirləri 2023-cü ilin 9 ayında 2022-ci ilin 9 ayı ilə müqayisədə 2 milyon 203 min manat və ya 7,6% artaraq 31 milyon 71 min manat təşkil edib. Bank 2022-ci ilin 9 ayı ərzində 28 milyon 8678 min manat faiz gəlirləri əldə etmişdi.
2023-cü ilin yanvar-sentyabr dövründə "Muğanbank"ın cəmi gəlirləri 52 milyon 469 min manat, cəmi xərcləri 52 milyon 771 min manat təşkil edib. Eyni zamanda, bank mümkün zərərlər üçün yaradılan ehtiyatlar 985 min manat ayırıb.
30 sentyabr 2023-cü il tarixində "Muğanbank" ASC 142 milyon 225 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 103 milyon 164 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























