Ölkəmizdə ilk dəfə “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçiriləcək!
(®) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Sənaye Təhlükəsizliyi Zirvəsi” 30 noyabr 2023-cü il tarixində “Gülüstan” sarayında Azərbaycan Sənaye Təhlükəsizliyi Assosasiyası və Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək. Zirvə bir bütöv günü əhatə etməklə 3 fərqli panel və 20-dək spiker və moderatorun iştirakı ilə “Sabahın çağırışları” şüarı altında keçiriləcəkdir.
“Sənaye Təhlükəsizliyi Zirvəsi”ndə aidiyyəti nazirliklər və dövlət müəssisələrindən, eləcə də özəl sektor nümayəndələrindən, şirkət və təşkilat rəhbərlərindən, sahibkarlardan ibarət 450-dən çox şəxsin iştirakı ilə sənaye təhlükəsizliyi, əməyin mühafizəsi və iş yerində təhlükəsizliklə bağlı məsələlərdə dünyada tətbiq olunan yeniliklər, bu sahədə müasir innovasiyalar və qabaqcıl təcrübələr haqqında qarşılıqlı müzakirələr və fikir mübadilələri aparılacaq.
I Panel “Sıfıra doğru” - BMT-nin İqlim Dəyişikliyi üzrə 21-ci Konfransında razılaşdırılaraq 2016-cı ildə imzalanmış Paris sazişində nəzərdə tutulmuş karbon emissiyasının azaldılmasına vurğu etmək üçün bu paneldə aidiyyəti tənzimləyici dövlət qurumlarının rəhbərləri zirvənin konseptinə uyğun olaraq moderatorun suallarını cavablayacaqlar. Ölkəmizdə sənaye təhlükəsizliyi ilə bağlı problemlərdə, karbon emissiyasınının azaldılmasında sıfıra doğru hansı addımların atıldığı ilə bağlı müzakirələr olacaq.
II Panel “Orta yol” - Bu paneldə biri dövlətin tənzimləyici qurumları, digəri isə özəl sektor nümayəndələri olmaqla iki qarşı tərəfin sənaye təhlükəsizliyi sahəsindəki mövcud vəziyyət, problemlər və həlli yolları ilə bağlı moderatorun idarəetməsi ilə fikir mübadiləsi aparılacaq.
III Panel “360 dərəcə” - Bu paneldə isə sənayenin müxtəlif sahələrindən və sənaye təhlükəsizliyinin fərqli sahələrini əhatə etməklə SƏTƏM sahəsinin peşəkarlarının TEDx formatında solo çıxışları olacaq.
Tədbir haqqında ətraflı məlumatı www.stz.az rəsmi veb saytı və sosial media hesablarından əldə etmək mümkündür.
Facebook: https://www.facebook.com/stzbaku
İnstaqram: https://www.instagram.com/stzbaku
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur









.jpg)







.jpg)
