Dövlət şirkətinin xalis mənfəətində üçqat artım - 601 MİLYON GƏLİR, 86 MİLYON MƏNFƏƏT
“Azərbaycan Dəmir Yolları”nın xalis mənfəəti 3,2 dəfə artıb.
“Azərbaycan Dəmir Yolları” QSC 2022-ci ili 86 milyon 156 min manat xalis mənfəət ilə başa vurub. Dövlət şirkəti 2021-ci ili 25 milyon 980 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il “Azərbaycan Dəmir Yolları”nın xalis mənfəəti 3,3 dəfə artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından, həmçinin xərclərin azalmasından qaynaqlanır.
Marja.az “Azərbaycan Dəmir Yolları” QSC-nin 31 dekabr 2022-ci il tarixində tamamlanan il üzrə Konsolidə edilmiş Maliyyə Hesabatlarına istinadən xəbər verir ki, 2021-ci ildə şirkətin cəmi əsas əməliyyat gəlirləri 488 milyon 932 min manat ikən, 2022-ci ildə 601 miylon 408 min manata yüksəlib (112 milyon 476 min manat və ya 23% artıb).
“Azərbaycan Dəmir Yolları” QSC-nin əsas əməliyyat gəlirlərinin 87,4%-i yükdaşıma fəaliyyəti üzrədir.
“Azərbaycan Dəmir Yolları”nın xarici valyuta mübadiləsindən xalis gəliri isə 109 milyon 838 min manatdan 71 milyon 909 min manata düşüb.
2022-ci ildə “Azərbaycan Dəmir Yolları”nın cəmi gəlirləri 673 milyon 317 min manat, cəmi xərcləri 587 milyon 161 min manat təşkil edib. 2021-ci ildə Şirkətin cəmi gəlirləri 607 milyon 113 min manat, cəmi xərcləri 581 milyon 133 min manat olmuşdu.
31 dekabr 2022-ci il tarixində QSC 4 milyard 271 milyon 549 min manat cəmi aktivlər əmalik olub.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 9 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 36 d. əvvəl
-
46 d. əvvəl
JPMorgan: Apple iPhone 17 seriyasına maraq əvvəlki modelləri üstələyir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rusiyanın ixracı və FED-in qərarı öncəsi neft qiymətləri yüksəldib
- 1 saat əvvəl
-
3 saat əvvəl
BYD rəhbərliyi avtomobil sektorunu silkələyəcək 8 məlumatı açıqladı
- 20 saat əvvəl
- 21 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İlham Əliyev tut bağında görülmüş işlərlə tanış olub

Trampdan Avropaya: “Rusiyadan neft almayın” çağırışı

İqtisadi Şuranın növbəti iclası keçirilib

Qızıl bazarı FED-in qərarını gözləyir

BYD rəhbərliyi avtomobil sektorunu silkələyəcək 8 məlumatı açıqladı

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Sentyabrın 14-də gözlənilən hava şəraiti

Azərbaycan neftinin son qiyməti

Bakıda yenilənmiş Toyota Corolla Cross təqdim edilib

8 ayda mobil operatorlar 826 milyon manat gəlir əldə ediblər
