"İlin sonuna qədər Ukraynanın dövlət borcu 173 milyard dollara çata bilər"
Ukraynanın dövlət borcu hazırda təqribən 140 milyard dollardır və ilin sonuna qədər 173 milyard dollara çata bilər.
Marja.az xəbər verir ki bunu ölkənin keçmiş baş naziri Nikolay Aazarov bildirib.
"Hazırda Ukraynanın dövlət borcu təqribən 140 milyard dollar təşkil edir. İlin sonuna dövlət borcunun ümumi həcmi rekord həddə - 6,4 trilyon qrivnaya və ya 173 milyard dollara çata bilər", - o, Facebook səhifəsində yazıb.
Azarov ölkədə iqtisadi böhranın “qartopu kimi böyüdüyü” bir vaxtda Kiyev rejiminin qeyri-hərbi büdcə xərclərini necə azaltmaq barədə düşündüyünə diqqət çəkib. “Daha doğrusu, kimin maaşı kəsilməlidir, pensiyalar nə qədər gecikdiriləcək, hansı sosial müavinətlər azaldıla bilər”, - deyə o, aydınlaşdırıb.
Bundan əlavə, Ukrayna hakimiyyəti növbəti krediti kimdən götürəcəyini və əvvəlkiləri necə qaytaracağının yollarını axtarır, çünki Beynəlxalq Valyuta Fondu ölkəyə həm borcun restrukturizasiyasından, həm də onu dondurmaqdan imtina edib.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 saat sonra
-
- 17 d. əvvəl
-
31 d. əvvəl
Tramp İrana 300 milyard dollarlıq ödəniş iddialarını təkzib edib
-
9 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
14 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
ABŞ ordusu elan etdi: İranın dəniz blokadası ləğv edildi
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"


























