Türkiyə Mərkəzi Bankı faizini daha da artırdı
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) gözləntilərə uyğun olaraq faiz artırdı. Hafize Gaye Erkanın sədrliyi ilə toplanan TCMB Pul Siyasəti Komitəsi, bir həftəlik repo faizini 5,00 bənd də artıraraq 30%-dən 35%-ə yüksəldib. Son artımla TCMB-nin yeni rəhbərliyi 5-ci dəfə faiz artırıb.70 faizə yaxınlaşan inflyasiyanın kölgəsində Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqladı.
Marja.az xəbər verir ki, TCMB əsas faizini 5,00 bənd də artıraraq 35 faizə çatdırdı.
Bazarlarda da faizin 5 bənd də artırılaraq 35 faizə çatdırılacağı proqnozlaşdırılırdı.
Ötən ay keçirilən iclasda faiz dərəcəsi 5,00 bənd artırılaraq 25 faizdən 30 faizə yüksəldilmişdi.
Bu gün, qərardan öncə ABŞ Dolları/ Türk Lirəsi (TL) məzənnəsi 28,3375 lirə səviyyəsini test edib.
İdarə Heyətinin sədri Hafize Gaye Erkanın rəhbərliyi altında bankın sərt pul siyasətilə əsas faiz dərəcəsi artıq 27 faiz bəndi artırılıb. Bir çox investorların fikrincə, indiki inflyasiya ilə müqayisədə real faiz dərəcələrinin hələ də mənfi zonada olması sərt pul siyasətinin (faizin artırılmasının) kifayət qədər olmadığını göstərir.
"Deutsche Bank" iqtisadçılarına görə, artan geosiyasi risklər,onun inflyasiya və tədiyyə balansına potensial təsirləri səbəbindən TCMB 2023-cü ilin sonuna kimi əsas faiz dərəcəsini 40 faizə çatdıracaq. Bəzi iqtisadçıların fikrincə, yerli seçkilərin yaxınlaşması TCMB-nin “gözlə-gör” mövqeyini seçməsi ilə də nəticələnə bilər.
TCMB yaydığı press-relizində, inflyasiyanın düşməsi prosesini tezləşdirmək, inflyasiya gözləntilərini lövbərləmək və qiymət davranışının pisləşməsinə nəzarət etmək üçün idarə heyətinin monetar sərtləşdirmə prosesini davam etdirməyə (faiz artırmağa) qərar verdiyi qeyd edilib.
Həmçinin Bankın press-relizində, inflyasiya nəzərəçarpacaq yaxşılaşma əldə olunana qədər sərt pul siyasətinin zərurət yarandığı vaxt və ölçüdə mərhələli şəkildə gücləndiriləcəyi bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























