İsrail - HƏMAS müharibəsi və neft ilə bağlı 3 ssenari - QİYMƏT 157 DOLLARA ÇATA BİLƏR
Dünya Bankı xəbərdarlıq edir ki, Yaxın Şərqdə münaqişənin kəskinləşməsi qiymətləri xeyli yüksək səviyyələrə çatdıra bilər.
Marja.az-ın məlumatına görə, Dünya Bankı Oktyabr ayı Əmtəə Bazarı üzrə Proqnozar hesabatında qeyd edib ki, İsrail və HƏMAS arasında qarşıdurma başlayandan bəri neft qiymətləri 6% artıb, kənd təsərrüfatı xammalının, əksər metalların və digər malların qiymətləri isə dəyişib.
Dünya Bankının analitikləri 1970-ci illərdən bəri regional münaqişələrin təcrübəsinə əsaslanaraq mümkün inkişafın 3 ssenarisini müəyyən ediblər.
Kiçik böhran ssenarisi (2011-ci ildə Liviyada vətəndaş müharibəsi zamanı olduğu kimi) neft hasilatının gündəlik 0,5-2 milyon barel azaldılmasını və 4-cü rübdə neftin qiymətinin bir barel üçün 93-102 dollara yüksəlməsini nəzərdə tutur.
Orta ölçülü böhran ssenarisi (2003-cü il İraq müharibəsi kimi) qlobal neft tədarükünün gündə 3-5 milyon barel azalması ilə nəticələnəcək ki, bu da neftin qiymətini bir barel üçün 109-121 dollara çatdıracaq.
Böyük böhran ssenarisi (ərəb ölkələrinin 1973-cü ildə tətbiq etdiyi embarqoda olduğu kimi) tədarükün gündəlik 6-8 milyon barel azalmasını və qiymətlərin bir barel üçün 140-157 dollara yüksəlməsini nəzərdə tutur.
Dünya Bankının baş iqtisadçısının müavini Ayhan Köse, "Neft qiymətlərinin artması, davamlı olarsa, qaçılmaz olaraq ərzaq qiymətlərinin qalxması deməkdir. Neft qiymətlərində ciddi bir şok olarsa, bu, ərzaq qiymətlərinin inflyasiyasını daha da artıracaq", - bildirib.
Dünya Bankının analitikləri 2023-cü ilin 4-cü rübündə bir barel neftin orta qiymətinin 90 dollar/barel olacağını, 2024-cü ildə isə 81 dollar/barelə enəcəyini proqnozlaşdırırlar. Onlar buna əsas olaraq qlobal iqtisadiyyatın yavaşlamasını və buna görə də tələbatın azalmasını göstərirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 42 san. sonra
-
50 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 51 d. əvvəl
-
-
58 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
1 saat əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
1 saat əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb

























