Mərkəzi Bank nazirlik ilə anlaşdı
Son zamanlar aktuallaşan süni intellekt əsaslı həllərin əhəmiyyətini, onların müxtəlif sektorların inkişafına verə biləcəyi töhfələrini nəzərə alaraq, Mərkəzi Bankla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında müvafiq Anlaşma Memorandumu imzalanmışdır.
Bu barədə Marja Mərkəzi Banka istinadən xəbər verir.
qeyd edilib ki, Memorandumun imzalanmasında başlıca məqsəd ölkəmizdə süni intellekt sahəsində layihələrin, təşəbbüslərin və ideyaların dəstəklənməsi, o cümlədən maliyyə bazarlarında birgə layihələrin həyata keçirilməsi, süni intellekt sahəsində bacarıqların, texnologiyaların, ekosistemin, infrastrukturun və idarəetmə mexanizmlərinin formalaşdırılması üzrə tədbirlərin görülməsinin təşkili, bununla da Azərbaycanın süni intellekt sahəsində regional liderə çevirilməsidir.
Bu əməkdaşlıq çərçivəsində süni intellektə əsaslanan startapların və şirkətlərin Azərbaycana cəlb edilməsi, müxtəlif sektorlarda süni intellekt əsaslı innovasiyaların təşviq edilməsi, bu sahədə həllərin və bacarıqların artırılması üçün qabaqcıl təşkilatlarla əməkdaşlıq münasibətlərinin qurulması üzrə tədbirlər həyata keçiriləcəkdir. Eyni zamanda, süni intellekt sahəsində biliklərin artırılması məqsədilə müvafiq təlim, seminar və konfransların təşkili kimi məsələlər diqqət mərkəzində saxlanılacaqdır.
Müştərilərin xəbərləri
"McDonald's Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
28 d. əvvəl
Əməkdaşlığın inkişafı üçün Azərbaycan-Niderland Ticarət Palatası təsis edilib
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Xırdalanda 2700-dən çox mənzilli kompleksdə mühüm yenilik - RƏSMİ SƏNƏD İMZALANIB
-
2 saat əvvəl
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azəri-Çıraq-Günəşlidə ilk kommersiya qaz hasilatı əməliyyatları başladı
-
3 saat əvvəl
PAŞA Bank 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaqların inkişafına dəstək oldu
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
Ən çox oxunanlar
Köhnə Bakı həyətlərindən gələcəyin yaşayış modelinə
"McDonald's Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - FOTO
Unicapital “Mən də investor ola bilərəm” layihəsini həyata keçirib
“AzInTelecom” uşaqlar üçün rəqəmsal təhlükəsizlik sessiyası keçirib

















.jpg)








