İstanbul və Tbilisiyə 73 manata bilet satılır
Xəbər verdiyimiz kimi, Azərbaycanın milli aviadaşıyıcısı AZAL endirimli qiymətlərlə aviabiletlərin satışına başlayıb.Biletlərin qiyməti istiqamətdən asılı olaraq 39 avrodan 199 avroya qədər dəyişir. Kampaniya çərçivəsində AZAL müştəriləri ümumilikdə 35-dən çox istiqamət üzrə endirimli qiymətə bilet əldə edə bilərlər.
AZAL-ın bu təklifi 24 noyabr cümə günü ərzində keçərlidir.
Güzəştli qiymətə biletlər 2024-cü il yanvarın 15-dən martın 6-dək (hər iki tarix daxil) həyata keçirilən uçuşlara şamildir. Kampaniya çərçivəsində aviabiletləri yalnız AZAL-ın yenilənmiş rəsmi mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.
Marja.az AZAL-ın mobil tətbiqinə istinadən xəbər verir ki, Bakı-İstanbul biletinin qiyməti yanvarın 15-dən martın 6-dək 73 manatdır. Kampaniyadan öncəki günlər Bakı-İstanbul biletinin qiyməti 177 manat - 301 manat aralığında dəyişir.
İstanbula gedş-qayıdış biletilərinin qiyməti 183,70 manatdır. Bu qiymətə 10 kq əl yükü daxildir.
Bakı - Tbilisi biletinin qiyməti 73 manatdan, Bakı-Dubay biletinin qiyməti 185 manatdan, Bakı-Barselona biletinin qiyməti 277 manatdan təklif olunur. Daha ətraflı AZAL-ın mobil tətbiqini yükləyərək tanış ola bilərsiniz.
AZAL-ın mobil tətbiqini aşağıdakı xəbərə keçərək göstərilən linkdən yükləyə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
-
8 saat əvvəl
Macarıstan Rusiyaya qarşı 20-ci sanksiyalar paketini və Ukraynaya 90 milyard avro krediti bloklayıb
-
-
8 saat əvvəl
Azercell “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Ötən il Azərbaycanda iqtisadi sahədə 13 mindən çox cinayət hadisəsi qeydə alınıb
-
9 saat əvvəl
"Gilead Sciences" xərçəng dərmanı inkişaf etdirən "Arcellx"i 7,8 milyard dollara almağı planlaşdırır
-
10 saat əvvəl
Lukoil-dan alınan İraqın iri neft yatağı ABŞ şirkətinə verilir
- 10 saat əvvəl
-
10 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azercell “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
"AzRe Təkrarsığorta"nın xalis mənfəəti 8 faizə yaxın azalıb
AZAL-ın karqo gəlirləri son 4 ildə 3 dəfədən çox artıb
"Gilead Sciences" xərçəng dərmanı inkişaf etdirən "Arcellx"i 7,8 milyard dollara almağı planlaşdırır
Lukoil-dan alınan İraqın iri neft yatağı ABŞ şirkətinə verilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
10 000 dolları keçdikdən sonra vergi uçotuna alınmalıdırlar - Prezident dəyişikliyi təsdiqlədi
Qlobal investisiya bankı neftin qiyməti üzrə proqnozunu artırıb
Trampdan "Netflix"ə xəbərdarlıq: “Onu işdən çıxarın"
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq






















