Qazaxıstan Milli Bankı uçot dərəcəsini endirib
Qərar Milli Bankın yenilənmiş proqnozları, məlumatların təhlili və inflyasiya risklərinin balansının qiymətləndirilməsi əsasında qəbul edilib.Qazaxıstan Milli Bankı uçot faiz dərəcəsini illik 16%-dən 15,75%-ə endirmək qərarına gəlib.
Marja.az xəbər verir ki, bu barədə tənzimləyicinin mətbuat xidməti məlumat yayıb.
"Qazaxıstan Respublikası Milli Bankının Pul Siyasəti Komitəsi uçot dərəcəsini müsbət və ya mənfi 1 faiz bəndi dəhlizlə illik 15,75%-ə endirmək qərarına gəlib. Qərar məlumatların təhlili və inflyasiya riskləri balansının qiymətləndirilməsilə Milli Bankın yenilənmiş proqnozları əsasında qəbul edilib”, - məlumatda deyilir.
Oktyabrın 6-da Respublika Milli Bankı uçot dərəcəsinin illik 16,5%-dən 16%-ə endirilməsi barədə qərar qəbul etmişdi
"İllik inflyasiyanın dinamik azalması və 2023-cü ilin sonuna kimi onun aşağı proqnozları uçot dərəcəsinin azaldılması üçün geniş imkan yaradıb. Uçot dərəcəsi ilə bağlı gələcək qərarlar inflyasiyanın faktiki dinamikasının onun proqnozlaşdırılan trayektoriyasına uyğunluğundan asılı olacaq", - Milli Bank qeyd edib
Bildirilib ki, 2023-cü ilin oktyabr ayında illik inflyasiya 10,8% təşkil edib. 2023-cü il üçün inflyasiya proqnozu 9,3-10,3% təşkil edir.
"Qazaxıstanda 2024-2025-ci illər üçün iqtisadi artım proqnozuna yenidən baxılıb. Bu il də ÜDM artımının əvvəlki kimi 4,2-5,2% olacağı gözlənilir. 2024-cü il üçün proqnoz 3,2-4,2%-ə endirilib.
Milli Bankın uçot dərəcəsi ilə bağlı növbəti planlaşdırılan qərarı 2024-cü il yanvarın 19-da açıqlanacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























