"Ərazi minalardan təmizlənib, bir neçə müəssisənin tikintisi gedir"
"İşğaldan azad edilmiş ərazilərdə mövcud Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları yaradılarkən ilk növbədə sahibkarların təhlükəsiz və rahat fəaliyyət göstərmələri nəzərə alınıb. Belə ki, bu sözügedən sənaye parklarının ərazilərində minalarla və partlamamış hərbi sursatlarla çirklənmə səviyyəsi həddindən artıq yüksək idi. Artıq bu ərazilər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən tam olaraq təmizlənib, hazırda bu sənaye parklarında rezidentlər üçün infrastruktur qurulur, bir neçə müəssisənin isə tikintisi gedir".
Bu sözləri İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev Gülüstan sarayında keçirilən Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Sənaye Təhlükəsizliyi Zirvəsi 2023” adlı tədbirdə çıxışı zamanı bildirib.
Elşad Nuriyev vurğulayıb ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında müəssisələrin inşası zamanı tikinti prosesində təhlükəsizlik qaydalarının gözlənilməsi prioritet məsələlərdən hesab edilir:
"Həmçinin fəaliyyətə başlayan müəssisələrdə müasir tələblərə cavab verən qabaqcıl texnologiyaların tətbiqi, əməyin mühafizəsi qaydalarına riayət edilməsi kimi hallar istehsalatda bədbəxt hadisələrin baş verməsinin qarşısını alır. Onu da qeyd edim ki, sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tam olaraq ekoloji standartlara cavab verir".
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
3 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























