Gədəbəydə etraz edilən şirkət yeni mədən texnikalarını təqdim edəcək
“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti yeni mədən texnikalarını təqdim edəcək. Şirkətdən Marja.az-a verilən məlumata görə, Dekabrın 11-də Gədəbəydə təqdimat mərasimi keçirəcək.
Təqdimat mərasimində yeni kəşf olunmuş “Gilar” və “Zəfər” yeraltı mədənlərinin inkişafı və gələcək istismarı üçün yeni alınmış yeraltı mədən texnikaları göstəriləcək. Bu texnikalar Azərbaycan mədən sənayesində ilk dəfə olaraq tətbiq olunacaq.
Tədbirdə AIMC-nin rəhbər şəxsləri, əməkdaşlarının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinin, yerli İcra Hakimiyyəti və media nümayəndələrinin iştirakı gözlənilir.
Təqdim olunacaq avadanlıqlar ən müasir tələblərə cavab verir. Görülən işin effektivliyini və səmərəliliyini təmin etmək və həmçinin gələcək istehsal gücünü artırmaq üçün nəzərdə tutulub.
Qeyd edilib ki, AIMC Azərbaycanda qızılçıxarma sənayesinin yaradılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının bir sıra qızıl yataqlarının kəşfiyyatı və işlənməsi barədə» 1996-cı il 5 fevral tarixli sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə ABŞ-ın RV Investment Group Services LLS” şirkəti arasında 1997-ci il avqustun 20-də imzalanmış hasilatın pay bölgüsü haqqında Sazişə və ona 20 iyun 2022-ci il tarixli Dəyişikliyə əsasən Zəngəzur iqtisadi zonasında yerləşən işğaldan azad edilmiş Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal yataqlarının kəşfiyyatı və işlənməsi hüququna sahibdir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 22 saat əvvəl
-
- 23 saat əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















