"Müştərilərimizə keşbek, mil və bonuslar olaraq 100 milyon manat geri qaytarmışıq"
"Bu il biz Kapital Bank loyallıq proqramı çərçivəsində 100 milyon manata yaxın bir məbləğdə vəsaiti keşbek, mil və 2 qat ƏDV bonusları olaraq müştərilərinə geri qaytarıb".
Marja.az xəbər verir ki. bunu jurnalistlərə Kapital Bank-ın İdarə Heyətinin Sədri, Baş İcraçı Direktor Fərid Hüseynov bildirib.
"11 ayın nəticəsinə istinadən deyə bilərəm ki, bankın xalis mənfəətdə 200 milyon manatın üzərində nəticə göstərəcəyi gözlənilir. Bankın kredit portfeli 4,1 milyard manat, depozit portfeli isə 6,6 milyard manat təşkil edir. Ötən ilin eyni dövrü ilə müqayisədə bu il kredit portfelimiz 921 milyon, depozit portfelimiz isə 340 milyon manat həcmində artıb. Bundan əlavə bu il biz loyallıq proqramı çərçivəsində 100 milyon manata yaxın bir məbləğdə vəsaiti keşbek, mil və 2 qat ƏDV bonusları olaraq müştərilərimizə geri qaytarmışıq. Xatırladım ki, beynəlxalq reytinq agentlikləri – “Moodies” və “Standard and Poor” isə bankımızın reytinqini yüksək olaraq qiymətləndirir",- Fərid Hüseynov deyib.
Fərid Hüseynov əlavə edib ki, keşbek, mil və 2 qat ƏDV bonusları olaraq müştərilərə qaytarılmış 100 milyon manat vəsaitdən başqa, dövlətin "ƏDV geri al" layihəsi üzrə 115 milyon manata yaxın vəsait də müştərilərə təqdim olunub.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























