Qlobal bazarlar ABŞ-da açıqlanacaq inflyasiya məlumatlarını gözləyir
Qlobal bazarlarda diqqət ABŞ-da açıqlanacaq inflyasiya məlumatlarına yönəlib. Bloomberg Economics-in məlumatına görə, ABŞ-da aylıq inflyasiya sabit qalacaq. Həticədə inflyasiya gözləntiləri azalacaq ki, bu da FED-in faiz endirimlərini nəzərdən keçirməsinə zəmin yaradacaq.Qlobal fond bazarları ABŞ-da açıqlanacaq inflyasiya məlumatları və həftə ərzində açıqlanacaq faiz qərarları öncəsi yüksəlir.
Marja xəbər verir ki, həftənin ilk əməliyyat gününü 0,4 faiz artımla tamamlayan S&P 500 indeksi fyuçersləri yüksəlişini davam etdirir.
Reuters agentliyi, Sədr Xi Jinping və digər yüksək səviyyəli liderlərin Çinin 2024-cü il üçün iqtisadi artım hədəfini və planlarını müzakirə etmək üçün illik Mərkəzi İqtisadi İş Konfransına başladığı barədə xəbər yaymasından sonra bütün gözlər gələn il nə qədər stimullar ola biləcəyinə yönəlib.
Asiyada, Çinin sabit qalan CSI 300 göstəricisi istisna olmaqla, indekslər müsbət zonadadır.
Bazar ertəsi günü 0,15 faiz bahalaşan Bloomberg Dollar İndeksi bu səhər 0,12 faiz azalaraq 1242-yə düşüb.
ABŞ inflyasiyası diqqət mərkəzindədir
ABŞ-da noyabr ayı inflyasiya məlumatları FED-in 2023-cü ilin son faiz qərarından əvvəl açıqlanacaq. Bloomberg sorğusuna görə, noyabrda istehlak qiymətləri indeksinin (inflyasiya göstəricisi) oktyabr ayı ilə müqayisədə dəyişmədiyi və illik müqayisədə isə 3,2 faiz artımdan 3,1 faiz artıma endiyi təxmin edilir.
Baza inflyasiyada aylıq 0,3 faiz və illik 4 faiz artımın açıqlanacağı gözlənilir.
Bloomberg Economics-in ABŞ-ın baş iqtisadçısı Anna Vonqun fikrincə, gözlənildiyi kimi İstehlak Qiymətləri İndeksinin elanı FED-ə faiz endirimlərini nəzərdən keçirməyə imkan verəcək.
Vonq, iqtisadi "soyumanın" nəticəsində inflyasiyanın sürətinin düşməkdə davam edəcəyini və bunun da FED-in 2024-cü ilin birinci rübündən başlayaraq faiz dərəcələrini azaltmasına səbəb olacağını bildirib.
“Biz 2024-cü ilin birinci yarısında əsas istehlakçı inflyasiyanın 3 faizdən bir qədər aşağı olacağını gözləyirik”, - deyə Vonq əlavə edib: "Əmək bazarı daha tez soyumasa, inflyasiyanın bu səviyyədə qalacağı ehtimal edilir".
Digər tərəfdən, dünən FED-in Nyu York İdarəsinin dünən dərc etdiyi sorğu nəticəsinə görə, ABŞ istehlakçılarının qısamüddətli inflyasiya gözləntiləri noyabr ayında 2021-ci ilin aprelindən bəri ən aşağı səviyyəyə düşüb. Enerji qiymətlərindəki azalmanın gözləntilərin düşməsinə səbəb olduğuna diqqət çəkən Vonq, "İqtisadi fəaliyyətdəki aşağı istiqamətli risklər və inflyasiya risklərinin azalması - bu vəziyyət FED-in faiz endirimlərini düşünməsinə zəmin yaradacaq" deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 saat sonra
-
-
8 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
16 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 16 saat əvvəl
-
16 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
18 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"







.jpg)






.jpg)








