"SOCAR Polymer" 13 vəzifə üzrə vakansiyalar elan edib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi "SOCAR Polymer" MMC 13 vəzifə üzrə vakansiyalar elan edib.
Şirkət daxili auditor, inşaat mühəndisi, mülki inşaat/konstruksiyalar üzrə keyfiyyət müfəttişi, SƏTƏMM mühəndisi, boru sistemləri üzrə aparıcı mühəndis, aparıcı inşaat mühəndisi, mühəndis-texnoloq, icazələrin əldə edilməsi üzrə koordinator, aparıcı mühəndis-mexanik, mühəndis-mexanik, boru sistemləri üzrə mühəndis, nəzarət vasitələri və avtomatlaşdırma üzrə aparıcı mühəndis, nəzarət vasitələri və avtomatlaşdırma mühəndisi üzrə mütəxəssis axtarır.
Daxili auditor – Gündəlik, həftəlik və aylıq audit planları, eləcə də digər şöbələrin işçiləri ilə birgə işin inkişafı proqramları hazırlamalıdır. Namizəd yüksək səviyyəli (advance level) ingilis dili biliyinə və 3-5 il təcrübəyə malik olmalıdır. İqtisadiyyat və biznes ixtisasları üzrə master dərəcəsi olması arzu olunandır.
İnşaat mühəndisi – Ən səmərəli layihəni inkişaf etdirmək üçün ümumi layihələrin rəqabətli icra üsullarını tətbiq etməlidir.
Mülki inşaat/konstruksiyalar üzrə keyfiyyət müfəttişi – Əməkdaşlarla birlikdə işlərin gedişini və konstruksiyanın strukturunun yoxlanılmasını həyata keçirməlidir.
SƏTƏMM mühəndisi – SƏTƏMM fəaliyyətində Ümumi Quraşdırılma Xərcləri (TIC) layihələrinin icrası zamanı aşağı səviyyəli mütəxəssislərə nəzarətə yardım etməlidir.
Boru sistemləri üzrə aparıcı mühəndis, aparıcı mühəndis-mexanik, nəzarət vasitələri və avtomatlaşdırma üzrə aparıcı mühəndis - Layihənin bütün mərhələlərində xidmət və təsisat sahələrinə, həmçinin layihə ilə bağlı bütün digər sənədlərə nəzarət edəcək.
Aparıcı inşaat mühəndisi – Qlobal strateji təşəbbüslərin layihədə həyata keçirilməsi prosedurlarını təşkil etmək.
Mühəndis-texnoloq – Layihənin mühəndislik, satınalma və quraşdırma mərhələlərində texniki-iqtisadi tərəflərini və inkişaf spesifikasını hazırlanması
İcazələrin əldə edilməsi üzrə koordinator – İcazələrin alınması və planın hazırlanmasında və icrasında rəhbərə yardım etmək
Mühəndis-mexanik, boru sistemləri üzrə mühəndis, nəzarət vasitələri və avtomatlaşdırma mühəndisi – Ən səmərəli layihəni inkişaf etdirmək üçün ümumi layihələrin rəqabətli icra üsullarını tətbiq etməlidir.
Vakansiyalar üzrə son müraciət tarixi avqustun 31-dir. Daha ətraflı məlumatla şirkətin rəsmi saytının vakansiyalar bölməsində tanış olmaq mümkündür.
http://socarpolymer.com/en/career/experienced-professionals/
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 27 d. əvvəl
- 30 d. əvvəl
-
31 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
-
2 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 3 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azvak.az-da yayımlanmış yeni iş elanları
S&P 500 rekord səviyyəyə yüksəlib
Ən çox oxunanlar
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib



















