"Əmək bazarı üçün hazır kadr yetişdirə bilməməyimiz böyük problemdir" - Nazir müavini
Elm və təhsil nazirinin müavini Həsən Həsənli əmək bazarı üçün hazır kadr yetişdirilməməsinin böyük problem olduğunu bildirib.
O, "Peşə təmayüllü siniflər" layihəsinin gələcəkdə şagirdlərin əmək bazarında hazır kadr kimi yetişməsinə şərait yaratdığını söyləyib.
Bildirilib ki, bu layihə 2019-2020-ci ildən fəaliyyətə başlayıb. Şagirdlərimiz əmək bazarının iştirakçıları ilə işlədikləri proyektlərinə üstündə işləməyi, komanda şəklində çalışmağı öyrənirlər. Biz əgər onların gələcək karyeraları üçün çalışırıqsa, bu iş məktəbdən başlamalıdır. Düzdür, məktəbdə vətənpərvərlik, tariximizin öyrənilməsi əsas məqsəddir. Əgər biz əmək bazarı üçün hazır kadr yetişdirə bilmiriksə, bu, böyük problemdir. Ona görə də həyata keçirilən bu layihələr çox önəmlidir. Artıq 20 məktəbdə başlayan layihə 200-ə yaxın məktəbi əhatə edir. Layihənin pandemiya dövründən başlanmasını nəzərə alsaq, bu, böyük bir uğurdur", - nazir müavini qeyd edib.
O deyib ki, tədrisin səmərəli həyata keçirilməsi üçün məktəblərin təmirləri, şagirdlər üçün müxtəlif layihələr üzrə işlər davam edir.
© "Report"
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
-
15 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
18 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi





















