AzerTelecom şirkəti BMT-nin Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulub
(®) Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan AzerTelecom şirkəti BMT-nin Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulub.
BMT-nin Qlobal Sazişi və Qadınlar üzrə Agentliyi tərəfindən hazırlanan Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsipləri şirkətləri gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılmasına çağırır. Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsipləri (WEPs) Azərbaycanda BMT-nin İnkişaf Proqramının Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması layihəsi (WEESC II) çərçivəsində həyata keçirilir. Layihə İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşir.
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən “Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” layihəsinin nailiyyətlərinə həsr olunmuş tədbirdə çıxış edən AzerTelecom şirkətinin Baş icraçı direktoru Ana Nakaşidze AzerTelecom şirkətində gender bərabərliyi və inklüziv mühitin inkişafı istiqamətində icra olunan layihələri qeyd edib.
“AzerTelecom şirkətində qadınların səlahiyyətlərinin artırılması əsas məqsədlərdən biridir. Biz qadınların STEAM sahəsində uğur qazanması üçün şərait yaradır, onların potensialının inkişafına və texnoloji sahədə tanınmasına dəstək göstəririk. Biz hər bir əməkdaşın nailiyyətinin qiymətləndirildiyi və mükafatlandırıldığı iş mühitin qurulmasında öz töhfəmizi verməyə çalışırıq. Qarşılıqlı dəstək üzərində qurulmuş iş mühiti bərabərliyi və innovasiyaları təşviq etməkdə mühüm rol oynayır” – deyə, Ana Nakaşidze bildirib.
AzerTelecom Azərbaycanın aparıcı telekommunikasiya şirkəti olmaqla NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun Telekommunikasiya qrupuna daxildir. NEQSOL Holding on bir ölkədə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərir və 12.000-dən çox işçi heyətinə malikdir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
10 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi






















