Qusar və Suraxanı rayonlarında yolların təmirinə pul ayrıldı - SƏRƏNCAMLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Qusar rayonunun Qusar‒Xudat (18 km)‒Langi‒Caqarqışlaq‒Urvaoba‒Atlıxan‒Kuzunqışlaq‒Zindanmuruqqışlaq‒Avaranqışlaq avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Marja.az xəbər verir ki, Sərəncam ilə, beş min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Qusar‒Xudat (18 km) ‒ Langi ‒ Caqarqışlaq ‒ Urvaoba ‒ Atlıxan ‒ Kuzunqışlaq‒Zindanmuruqqışlaq ‒ Avaranqışlaq avtomobil yolunun əsaslı təmiri məqsədilə 2023-cü il dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,2 milyon manat ayrılıb.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalıdır.
Prezidentin digər Sərəncamı ilə, Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur və Əmircan qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə 2023-cü il dövlət büdcəsindədən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 600 min manat ayrılıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 8 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
























