2023-cü ildə 21 milyarder dünyasını dəyişib - yarısının ən azı 90 yaşı olub
Forbes milyarderlər reytinqinin son versiyasına 2,6 min nəfər daxildir. Onlardan 21-i 2023-cü ildə dünyasını dəyişib. Ölənlərdən ən varlısının sərvətinin 8 milyard dollar olduğu bildirilir. Onların arasında misirli iş adamı, şahzadə Diananın sevgilisinin atası Məhəmməd Əl-Fayed, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni, Intel şirkətinin həmtəsisçisi Qordon Mur və başqaları var.
2023-cü ildə 2,6 min nəfərin daxil olduğu Forbes siyahısından 21 milyarder dünyasını dəyişib.
Marja.az xəbər verir ki, onlardan doqquzu ABŞ vətəndaşı olub, üç milyarder Hindistanda, ikisi Malayziyada dünyasını dəyişib. Ölən 21 nəfərdən yalnız biri qadın olub. Bu, Çinin "WuXi AppTec" əczaçılıq şirkətinin həmtəsisçisi Zhao Ningdir. Onun 56 yaşı var idi və son 20 ildə xərçənglə mübarizə aparırdı.
2023-cü ildə ölən milyarderlərin orta yaşı 85 olub. Onların demək olar ki, yarısının ən azı 90 yaşı olub, xüsusən də şahzadə Diananın sevgilisi Dodi Əl-Fayedin atası Misirli milyarder Məhəmməd Əl-Fayedin 94 yaşı var idi. Parisdəki "Ritz" otelinin sahibi idi. Sahibkar həmçinin Londondakı "Harrods"univermağının və "Fulham" futbol klubunun keçmiş sahibi kimi tanınır.
Ən yaşlı ölənlər 95 yaşlı Billi Co Makkombs və 99 yaşlı milyarder investor Warren Baffetin (Uaren Buffet) "Berkshire Hathaway" şirkətinin sədr müavini və səhmdarı Çarlz Munger olub. Makkombs avtomobil dilerləri şəbəkəsinin sahibi idi və həmçinin "iHeartMedia" media imperiyasına çevrilən "Clear Channel" radiostansiyasını qurmuşdur. Milyarderin "Constellis" özəl mühafizə şirkətində də payı olub, lakin o, 2016-cı ildə onu satıb.
Həmçinin son bir ildə ölən milyarderlərdən bəziləri:
- Amerikalı musiqiçi və iş adamı Cimmi Baffet;
- İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni;
- "Intel" şirkətinin həmtəsisçisi Gordon Moore;
- Ashwan Dani, Hindistanın ən böyük boya istehsalı şirkəti "Asian Paints Ltd"nin direktoru. O, həm də ötənilki mərhumların ən varlısıdır- onun sərvəti 8 milyard dollar qiymətləndirilirdi;
- Çikaqonun daşınmaz əmlak maqnatı Sam Zell;
- Birləşmiş Ərəb Əmirliklərində yaşayan hindistanlı iş adamı Mickey Jagtiani, Dubayda yerləşən "Landmark Group"un keçmiş sədri və sahibi. Pərakəndə ticarət ilə də məşğul olub.
Ötən il ölən milyarderlər arasında sonuncu, Dekabrın 27-də ölən Avstriyanın odlu silah istehsalçısı "Glock" və eyniadlı tapançanın baza modelinin konstruktoru Qaston Qlok olub. Onun 94 yaşı var idi.
Müştərilərin xəbərləri

Qadın sahibkarlar üçün layihəyə start verildi - Yeni biliklər əldə edəcəklər, bacarıqlarını genişləndirəcəklər

"ABB-İnvest" Azərbaycan kapital bazarında daha bir tarixi hadisənin ərsəyə gəlməsinə mühüm töhfə verir!
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
46 d. əvvəl
“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammiti başa çatıb.
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
2 saat əvvəl
Trendyol “INmerge” İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır
-
2 saat əvvəl
Exxon Mobil dünya üzrə təxminən 2 min nəfəri işdən çıxaracaq
-
2 saat əvvəl
Türkiyənin geyim markasının Azərbaycanda 8-ci mağazası açılıb
-
2 saat əvvəl
“PAŞA Bank” zəfəri Azərbaycana yaşadanları YAŞATmağa çağırır!
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
-
3 saat əvvəl
“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib
- 3 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Trendyol “INmerge” İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır

Exxon Mobil dünya üzrə təxminən 2 min nəfəri işdən çıxaracaq

SOCAR : "Biz "təmiz enerji" şirkətinə çevrilmək istəyirik"
Ən çox oxunanlar

Qadın sahibkarlar üçün layihəyə start verildi - Yeni biliklər əldə edəcəklər, bacarıqlarını genişləndirəcəklər

Naxçıvanda ilk dəfə aqrar sığorta ödənişi həyata keçirilib

Bank 5000 ədəd Visa Business kart alışı üzrə tender elan edir

Əhmədova “ədliyyə general-mayoru”, İsmayılova “general-mayor” ali hərbi rütbəsi verildi

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

AYNA-ya yeni vəzifə həvalə edildi

“Azerfon”un baş icraçı direktoru vəzifəsindən ayrılıb
