Azərbaycanda fındıq dəyər zəncirində yaşıl enerji imkanları ilə bağlı hesabat dərc edilib
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin Azərbaycanda fındıq dəyər zəncirində yaşıl enerji imkanları ilə bağlı hesabatı dərc edilib.
Kənd Təsərrüfartı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Hesabatın məqsədi ölkə üzrə fındıq dəyər zəncirində yaranan qalıqların bioenerjiyə çevrilmə imkanlarının dəyərləndirilməsidir. Hesabatda bioenerjiyə yararlı fındıq qalıqlarının həcmi qiymətləndirilərək müəyyən edilmiş texnologiyaların tətbiqi üçün tələb olunan investisiyalar hesablanıb və istixana qazı emissiyalarının azaldılması yolları təqdim edilib.
Qeyd edək ki, “Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi - HAZER” layihəsi FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində 1 iyun 2020-ci il tarixindən etibarən FAO ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən birgə həyata keçirilir və Aqrar Kredit və İnkişaf Agentliyinin koordinasiyası ilə idarə edilir. Layihənin milli koordinatoru Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və tərəvəzçilik şöbəsinin müdiri Surxay Novruzovdur.
“HAZER” layihəsinin əsas məqsədi mexanikləşdirmə texnologiyalarından istifadə etməklə fındıq istehsalının effektivliyini artırmaq və aflatoksin maddəsinin mövcudluğu riskinin azaldılmasına xüsusi diqqət yetirməklə istehsal edilmiş fındığın keyfiyyətini yüksəltmək üçün fermerlərə Qabaqcıl Kənd Təsərrüfatı Təcrübələrini (GAP) tətbiq etmək imkanı yaratmaqdır.
Hesabat hökumət tərəfindən maliyyələşdirilən FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində hazırlanıb. İngilis dilində olan hesabatı aşağıdakı keçiddən əldə edə bilərsiniz:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
16 d. əvvəl
Qızılda 2026 ssenariləri: İri banklar ən azı 7 faiz artım gözləyir
-
23 d. əvvəl
Qazaxıstan BTC üzrə neft tədarükünü 2,2 milyon tona çatdırmağı planlaşdırır
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 4 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qızılda 2026 ssenariləri: İri banklar ən azı 7 faiz artım gözləyir
Qızılın bahalaşması yenidən sürətlənib
50 hərrac, 127,1 milyon manatlıq ödəniş
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir














.jpg)





.jpg)



