Dünyanın aparıcı qrupu Azərbaycanda yeni hotelini istifadəyə verib
Dünyanın aparıcı hotellər qrupu olan "Accor" Azərbaycanda ilk "Mercure" brendli hotelinin açılışını elan edib.
Marja.az-ın şirkətə istinadən məlumatına görə, "Mercure Baku City" paytaxtın mərkəzində yerləşir.
“Bakıda Mercure"nin açılması ilə "Accor" Azərbaycanda mövcudluğunu gücləndirir. Əminəm ki, orijinallığı, yüksək xidmət standartları və əlverişli yerləşməsi sayəsində yeni mehmanxana bazarda lider mövqe tutacaq və rahat yaşayışa və yerli ləzzətlə tanışlığa üstünlük verən yerli sakinlər və səyahətçilər tərəfindən yüksək qiymət alacaqdır" - "Accor New East Europe"un baş direktoru Aleksis Delaroff şərh edib.
Mercure Baku City şəhərin əsas görməli yerlərinin, o cümlədən nadir tarixi abidə və Bakının ən qədim yaşayış massivi olan İçərişəhərin yaxınlığında, İsmayıl-bəy Qutqaşınlı küçəsində yerləşir. İnkişaf etmiş infrastruktur və hotelin Bakı Metropoliteninin Elmlər Akademiyası stansiyasına yaxınlığı sayəsində hotelin qonaqları rahat şəkildə şəhərin müxtəlif ərazilərinə, çoxsaylı restoran, butik və mağazalara çata bilirlər.
Yeni hotel müxtəlif kateqoriyalı 140 otaq təklif edir.
Hoteldə qonaqlar Fuego restoranında yerli mətbəxin təamlarını dada, lobbi barda isə kokteyl və içkilərdən həzz ala bilərlər.
"Mercure Baku City", "Accor" qrupunun Azərbaycandakı portfelində üçüncü hotelidir.
Mercure brendinin adı Roma səyahətçi tanrısı Merkuridən ilhamlanaraq götürülüb. "Mercure" hotelləri şəhər mərkəzlərində, sahillərdə və ya dağlarda yerləşir. Şəbəkənin 60-dan ölkədə 940-dan çox hoteli fəaliyyət göstərir. "Mercure" brendi 110-dan çox ölkədə 5500-dən çox hoteli olan aparıcı qlobal hotellər qrupu olan "Accor"ın bir hissəsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 25 d. əvvəl
- 28 d. əvvəl
- 30 d. əvvəl
- 31 d. əvvəl
- 34 d. əvvəl
- 35 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib






.jpg)
.jpg)




.jpg)







