Beyin çipinin ilk dəfə insana implantasiya edildiyi açıqlandı
ABŞ-ın Neuralink neyrotexnologiya şirkətinin qurucusu İlon Mask insana ilk dəfə beyin çipinin yerləşdirildiyini açıqlayıb.ABŞ-ın "Neuralink" neyrotexnologiya şirkətinin qurucusu Elon Musk (İlon Mask) "X" sosial media hesabındakı paylaşımında, ilk dəfə bir insana "Neuralink" tərəfindən beyin çipinin implantasiya edildiyini bildirib.
Marja xəbər verir ki, bərpa prosesinin yaxşı getdiyini bildirən Mask, ilk nəticələrin "ümidverici" olduğunu bildirib.
Musk, ilk "Neuralink" məhsulunun adının "Telepatiya" olduğunu, telefonun, kompüterin və ya hər hansı bir cihazın sadəcə düşünərək idarə edilməsini təmin etdiyini deyib.
Mask, ilk istifadəçilərin əzalarını (bədəninin bir hissəsini) istifadə etmə qabiliyyətini itirmiş insanlar olacağını qeyd edib.
"Neuralink", 2023-cü ilin may ayında beyin çipi layihəsinin insan üzərində sınaqlarına başlamaq üçün ABŞ Qida və Dərman İdarəsindən (FDA) razılıq alındığını açıqlamışdır.
Qeyd edilmişdi ki, əvvəllər meymunlar üzərində sınaqdan keçirilən çiplər beyindəki siqnalları uğurla emal edərək cihazlara ötürüb.
Mask və bir qrup mühəndis tərəfindən 2016-cı ildə qurulan "Neuralink" şirkəti, beyinə yerləşdiriləcək mikroçiplər sayəsində iflic və korluq kimi nevroloji xəstəlikləri müalicə etmək və əlillərin həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədi daşıyır.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
26 d. əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
-
- 38 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Rusiyada xiyarın qiyməti ikiqat artıb
Ən çox oxunanlar
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb
























