Avtomobil yararsız vəziyyətə çatdıqda veriləcək ödənişlər açıqlandı - MƏBLƏĞLƏR
Yararsız minik avtomobilinə görə 1050 manat birdəfəlik ödəniş veriləcək. Yeni yerli avtomobilin alınması üçün güzəşt isə 1500 manat olacaq.Xəbər verdiyimiz kimi, Azərbaycanda “Nəqliyyat vasitələrinin utilizasiyası fondu” yaradılır. Utilizasiya fondu güzəştin və birdəfəlik ödənişin maliyyələşdirilməsi, habelə nəqliyyat vasitələrinin utilizasiyası üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə yaradılır. Fondun fəaliyyəti əsasən avtomobil sahiblərindən yığılacaq utilizasiyası haqqı hesabına maliyyələşəcəkdir.
Qanuna görə, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi, həmçinin nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı nəqliyyat vasitələrinin utilizasiyası fonduna utilizasiya haqqı ödəniləcək. Avtomobil istismara yararsız vəziyyətə çatdıqda, o utilizasiyaya veriləcək və buna görə avtomobil sahibinə birdəfəlik ödəniş veriləcək və yeni yerli avtomobilin alınması üçün güzəşt müəyyən olunacaq. Əgər avtomobil sahibi yerli avtomobil almağı nəzərdə tutmursa, o müəyyən edilmiş güzəşt məbləğindən daha az həcmdə birdəfəlik ödəniş alacaqdır.
Marja.az-ın məlumatına görə, Nazirlər Kabineti utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləğlərini və birdəfəlik ödənişlərin həcmlərini təsdiq edib.
Belə ki, uilizasiyaya verilən nəqliyyat vasitəsinə görə tətbiq edilən güzəştin məbləği (yerli avtomobilin alınması üçün dəstək) aşağıdakı kimi müəyyən edilib:
1 Kvadrisikl və təkərləri dörddən az olanlar - 200 manat;
2. Oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 8-dən artıq olmayan və sərnişindaşımada istifadə olunanlar - 1500 manat;
3. İcazə verilən maksimum kütləsi 3,5 tonu aşmayan və yükdaşımada istifadə olunanlar - 1500 manat;
4.Oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 8-dən artıq olan, lakin icazə verilən maksimum kütləsi 5 tonu aşmayan və sərnişindaşımada istifadə olunanlar - 2000 manat;
5. İcazə verilən maksimum kütləsi 3,5 tondan yuxarı, lakin 12 tondan aşağı olan və yükdaşımada istifadə olunanlar - 2000 manat;
6. Oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 8-dən artıq olan, icazə verilən maksimum kütləsi 5 tonu aşan və sərnişindaşımada istifadə olunanlar - 3000 manat;
7. İcazə verilən maksimum kütləsi 12 tonu aşan və yükdaşımada istifadə olunanlar - 3000 manat;
8. Təkərli və tırtıllı traktorlar - 2000 manat;
9. Mexaniki və ya hidrostatik transmissiyalı özügedən maşınlar, o cümlədən yükləyicilər 3000 manat;
10. Meliorasiya və yol-tikinti maşınları, o cümlədən ekskavatorlar - 3000 manat.
Utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün birdəfəlik ödənişin məbləği yuxarıda göstərilən müvafiq güzəşt məbləğinin 70 faizi həcmində müəyyən edilir.
AVTOMOBİL SAHİBLƏRİ HAQQ ÖDƏYƏCƏKLƏR
Bundan başqa, Qərara görə, minik atomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi zamanı istehsal-buraxılış ili 4 ildən 7 ilədək olduqda 400 manat, 7 il və daha çox olduqda 700 manat haqq ödəniləcək.
Hər dövlət texniki baxışı zamanı isə istehsal-buraxılış ili 4 ildən 10 ilədək olduqda 10 manat, 10 ildən 20 ilədək olduqda 20 manat, 20 ildən 30 ilədək olduqda 30 manat və 30 il və daha çox olduqda 40 manat haqq ödəniləcək.
Utilizasiya haqları traktorlar, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 14 avqust tarixli 187 nömrəli Qərarı ilə müəyyən edilən mexaniki nəqliyyat vasitələri üçün 2024-cü il fevralın 1-dən 2 il müddətinə 50 (əlli) faiz həcmdə tətbiq edilir.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
4 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
5 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
5 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
5 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib



















.jpg)





