Startuplar üçün növbəti şans
Barama İnkubasiya Proqramına yeni layihə qəbulu elan edildi
Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bankın dəstəyi ilə Startuplar üçün 2-ci Inkubasiya Programını elan edir.
Barama İnkubasiya Proqramı çərçivəsində startuplar icra etmək istədikləri layihələri reallaşdıra biləcəklər. Proqramın məqsədi müxtəlif dəstək resursları və xidmətlər vasitəsilə gənc sahibkarların (bizneslərinin) sürətlə inkişafına yardım etməkdir.
6 ay müddətində davam edəcək inkubasiya proqramına əsasən İT və İT imkanlı kənd təsərrüfatında innovativ həllər, Virtual Reallıq, Artırılmış Reallıq, Süni Zəka mövzularında layihələr qəbul edilir.
İnkubasiya proqramına seçim prosesi 2 mərhələdən ibarətdir. İlk mərhələdə qeydiyyatdan keçmiş layihələr dəyərləndiriləcək. Seçilmiş komandalar ikinci mərhələdə öz layihələrini biznes plan və təqdimat formasında təqdim edəcəklər. Bu mərhələdən uğurla keçən 10-dək komanda Barama İnnovasiya və Sahibkarlıq mərkəzində öz layihələrini reallaşdırmaq şansını əldə edəcək.
İnkubasiya proqramına müraciət etmək istəyənlər Azercell nömrələrinin balansını 50 AZN-dək artırmalıdır. Hesaba əlavə edilən bu vəsait iştirakçının özünə aiddir. Komandanın 2 və ya daha çox təsisçi üzvü olmalıdır. Onlar layihələrini sentyabrın 15-dək online şəkildə Barama İnnovasiya və Sahibkarlıq mərkəzinin rəsmi internet səhifəsivə ya qeyd edilən link vasitəsi iləqeydiyyatdan keçirə bilərlər: goo.gl/1nxuJ1
Biznes inkubatorusayılan Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi biznes sahiblərini çoxsaylı faydalı üstünlüklərlə təmin edir. Burada startuplar üçün biznesi tam dəstəkləyən şərait yaradılıb: iştirakçılara mentor dəstəyi, şəbəkə fəaliyyəti, investorlara çıxış imkanı və s. Eyni zamanda, Azercell və PAŞA Bankdan olan mütəxəssislər startuplara maliyyə konsaltinqi təqdim edir, onlar üçün təlimlər, master klasslar keçirlər. Layihəni həyata keçirmək üçün virtual kitabxana, yüksək sürətli internet və hər növ avadanlıqla təchiz olunmuş ofis də proqram iştirakçılarının ixtiyarına verilir.
Bundan əlavə, komanda üzvlərinə pulsuz Azercell nömrəsi və ayda 50 AZN kredit limiti də təqdim olunur.
Ən əsası, inkubasiya proqramının sonunda ən uğurlu iştirakçılar Azercell ilə 5000 AZN dəyərində müqavilə imzalamaq şansı qazana bilərlər.
Odur ki, gənc startupları Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yaratdığı bu imkanlardan yararlanmağa, arzularını gerçəkləşdirib bizneslərini qurmağa dəvət edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur





















