Gəncədə sənayenin vəziyyəti haqqında məlumatlar açıqlanıb
2023-cü il yanvar-dekabr aylarında Gəncə şəhərində sənayenin vəziyyəti haqqında məlumatlar açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsindən Marja.az-a verilən məlumata görə, 2023-cü ilin yanvar-dekabr aylarında Gəncə şəhərində fəaliyyət göstərən sənaye müəssisələri və fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 571,9 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Məhsulun və xidmətlərin 143,5 milyon manatı, yaxud 25,1 faizi dövlət sektorunun sənaye müəssisələri, 428,4 milyon manatı, yaxud 74,9 faizi qeyri-dövlət sektorunun sənaye müəssisələri və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektləri (fiziki şəxslər) tərəfindən istehsal edilmişdir.
Sənayedə muzdla çalışan 6873 nəfər işçinin (dövlət sektorunda 3996 nəfər, qeyri-dövlət sektorunda 2877 nəfər) hər birinə verilən orta aylıq əməkhaqqı 673,7 manat təşkil etmişdir. Dövlət sektorunda işçilərin orta aylıq əməkhaqqı 653,5 manat, qeyri-dövlət sektorunda 701,8 manat təşkil etmişdir.
Emal sektorunun müəssisələri tərəfindən 425,9 milyon manatı, yaxud 82,8 faizi qeyri-dövlət sektoruna aid olmaqla 514,4 milyon manatlıq məhsul istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Bundan 120,4 milyon manat qida məhsulları istehsalı, 14,6 milyon manat içki, 245,7 milyon manat metallurgiya sənayesi məhsulları, 88,3 milyon manat avtomobil, qoşqu və yarımqoşquların istehsalı və 45,4 milyon manat digər məhsulların istehsalı təşkil etmişdir. Cari ilin yanvar-dekabr ayları ərzində 90,4 min ton un, 52,8 ton makaron, 161,5 min dekalitr araq, 150,2 min dekalitr şərab, 662 ədəd traktor, 383 ədəd MAZ yük avtomobili, 20755,5 ton emal edilməmiş alüminium ərintiləri (ilkin şəkildə), 50 ədəd taxılyığan kombaynlar və 5803 ədəd elektron, 238247 ədəd mexaniki su və qaz sayğacları istehsal edilmişdir.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun müəssisələri tərəfindən 2023-cü il yanvar-dekabr ayları ərzində 31,5 milyon manatlıq, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 24,4 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 21 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















