Rusiya aviaşirkəti Bakıya uçuşları dayandırdı
Bu marşrut üzrə uçuş Azərbaycanın aviasiya orqanlarının uçuşun həyata keçirilməsinə icazə verməməsi səbəbindən baş tutmayıb.Ural Hava Yolları fevralın 17-dək Jukovskidən Bakıya uçuşları dayandırıb.
Marja.az Tass-a istinadən xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin məlumatında deyilir.
Bir gün əvvəl bu marşrut üzrə uçuş Azərbaycan aviasiya orqanlarının uçuşun həyata keçirilməsinə icazə verməməsi səbəbindən baş tutmayıb.
“Cümə axşamı, fevralın 8-də Azərbaycanın aviasiya hakimiyyət orqanlarının icazəsi olmadığı üçün daşıyıcının bu marşrut üzrə geri qayıdış reysi baş tutmayıb”, - deyə məlumatda bildirilir: “Ural Hava Yolları bu marşrut üzrə uçuş proqramını fevralın 17-dək müvəqqəti olaraq dayandırıb”
Federal Hava Nəqliyyatı Agentliyi əlavə edib ki, bu məsələnin həlli ilə bağlı Rusiya və Azərbaycanın aviasiya hakimiyyətləri əlaqə saxlayır.
“Rusiya aviasiya orqanı “Ural Hava Yolları”nın Jukovskidən Bakıya və əks istiqamətdə reysləri ilə bağlı yaranmış vəziyyəti həll etmək üçün Azərbaycanın aviasiya orqanı ilə əlaqə saxlayır”, - deyə Federal Hava Nəqliyyatı Agentliyi bildirib.
Həmçinin aydınlaşdırılır ki, aviaşirkət bu marşrut üzrə təyin edilmiş daşıyıcıdır və bu marşrut üzrə ölkələr arasında hökumətlərarası saziş qüvvədədir.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
4 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
5 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
5 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
5 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib





















