Azəri Çıraq Günəşlidən neft hasilatı azalıb
Hasilat 20 milyon tondan 18 milyon tona geriləyib.2023-cü il ərzində Azəri-Çıraq-Günəşli (AÇG) üzrə fəaliyyətlərə təqribən 504 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 518 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.
Bu barədə Marja.az-a bp-Azərbaycan şirkətindən bildirilib.
Qeyd edilib ki, 2023-cü ildə Azəri Mərkəzi Şərqi (ACE) platformasının dayaq bloku tikildiyi Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundan dənizə yola salınmış və AÇG yatağı sahəsində suyun 137 metr dərinliyində öz daimi yerinə quraşdırılmışdır. Bu qurğu 16 mart tarixində dənizə yola salınanadək istismar sınaqları vasitəsilə tam yoxlanmışdı.
Aprel ayının 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ACE platformasının üst modullarının inşa edildiyi Bibiheybətdəki tikinti-quraşdırma sahəsinə baş çəkərək tikintisi artıq başa çatmış qurğu dənizə öz daimi yerinə yola salınmazdan əvvəl onun hazırlıq vəziyyəti ilə tanış olmuşdur.
Üst modulların quruda aparılması planlaşdırılan əsas istismar sınaqları ilin birinci yarısında uğurla başa çatdırıldı.
İlk dəfə olaraq təhlükəsizlik sınaqları quruda, həm də azot qazından istifadə etməklə icra olundu. Əvvəllər belə sınaqlar yalnız dənizdə platforma işə salınarkən sistemə karbohidrogen vurmaqla keçirilirdi, ACE-də isə buna ehtiyac olmadı.
Əsas istismar sınaqları bitdikdən sonra, avqust ayının 7-də ACE platformasının üst modulları inşa edildiyi Bayıl tikinti-quraşdırma sahəsindən AÇG yatağı sahəsinə yola salındı. Üst modulların daşınması, sürüşdürmə üsulu ilə dayaq blokunun üzərinə yerləşdirilməsi, montajı və quraşdırılması işləri diqqətlə planlaşdırıldığından bu işlər təxminən iki günə tamamlandı.
Daha sonra dənizdə montaj-sazlama işləri ilə layihə davam etdirildi və platforma yaşayış üçün hazır vəziyyətə gətirildi. Bu da platformada heyət sayının artırılmasına və dördüncü rübdə bir sıra mühüm işlərin başa çatdırılmasına imkan yaratdı ki, bunlardan ən mühümü dekabr ayında ACE platformasının əməliyyatlara təhvil verilməsi oldu.
Eyni zamanda, layihə çərçivəsində qazma qurğusunun hazırlığı istiqamətində işlər davam etdirildi, o cümlədən inteqrasiya olunmuş təhvilalma testi heç bir ciddi məsələ aşkarlanmadan başa çatdırıldı. Bundan sonra dörd quyu konduktoru tam dərinliyədək uğurla qazıldı və qazma sistemləri bütövlükdə təhvil verildi.
Dekabr ayının 4-də ACE platformasında ilk hasilat quyusunun qazılmasına başlandı.
İlin sonuna ACE layihəsi üzrə işlər ümumilikdə 97% tamamlanmışdı. Bu ilin əvvəllərində ACE-dən hasilatın başlanması üçün tələb olunan bütün digər işlər və hazırlıqlar qrafikə uyğun olaraq davam edir.
Hasilat
2023-cü ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İl üçün AÇG-dən ümumi hasilat – Çıraq (23 000), Mərkəzi Azəri (96 000), Qərbi Azəri (86 000), Şərqi Azəri (58 000), Dərinsulu Günəşli (67 000) və Qərbi Çıraq (33 000) platformalarından birlikdə – gündə orta hesabla 363 000 barel və ya ümumilikdə təxminən 133 milyon barel, yəni 18 milyon ton olub.
Dekabr ayının 12-də AÇG Qərbi Azəri platformasından bir milyardıncı barel neft hasilatının əldə olunmasını qeyd etdi.
İlin sonunda AÇG-də ümumilikdə 137 neft hasilat quyusu, 45 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.
Qeyd edək ki, 2022-ci ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İl üçün AÇG-dən ümumi hasilat – Çıraq (25 200), Mərkəzi Azəri (104 100), Qərbi Azəri (106 400), Şərqi Azəri (64 000), Dərinsulu Günəşli (76 300) və Qərbi Çıraq (39 400) platformalarından birlikdə – gündə orta hesabla 415 400 barel və ya ümumilikdə təxminən 152 milyon barel, yəni 20 milyon ton olmuşdu.
AÇG-də iştirak payları: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%)
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
3 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 3 saat əvvəl
-
4 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
Agentlik 191 şirkətdən 22-nin uçotunu ləğv edib
Sərfəli şərtlərlə istehlak krediti
Fevralın 18-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var






















