2023-də Azərbaycanın xaricdən mal əti idxalı 72,5 faiz artıb
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,3 faizi Rusiya, 17,5 faizi Çin, 13,3 faizi Türkiyə, 5,3 faizi Almaniya, 5,1 faizi ABŞ, 4,0 faizi Türkmənistan, 2,8 faizi İtaliya, 2,7 faizi İran, hər biri 2,5 faiz olmaqla Yaponiya və Koreya, 2,3 faizi Fransa, 2,0 faizi Birləşmiş Krallıq, 1,9 faizi Belarus, 1,4 faizi Ukrayna, hər biri 1,2 faiz olmaqla Qazaxıstan, Braziliya və Hindistan, 0,9 faizi Polşa, hər biri 0,8 faiz olmaqla Vyetnam və Özbəkistan, 12,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, 2023-cü ildə əvvəlki illə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 20,1 faiz, təzə tərəvəz – 5,8 faiz, meyvə və tərəvəz şirələri – 44,2 faiz, meyvə və tərəvəz konservləri – 17,2 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 5,6 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 46,2 faiz, polipropilen – 65,9 faiz, polietilen – 24,8 faiz, mineral gübrələr – 0,6 faiz, sement klinkerləri – 13,9 faiz, pambıq ipliyi – 29,7 faiz, bentonit gili – 6,3 faiz artmış, kartof ixracı isə 9,1 faiz, şəkər – 42,2 faiz, bitki yağları – 30,5 faiz, tütün – 55,9 faiz, çay – 58,9 faiz, pambıq lifi – 7,6 faiz, emal olunmamış alüminium – 23,3 faiz, qara metallardan çubuqlar – 16,4 faiz, qara metallardan borular – 18,4 faiz, qara metallardan yarımfabrikatlar – 57,9 faiz azalmışdır.
2022-ci illə müqayisədə 2023-cü ildə unlu qənnadı məmulatları idxalı 9,7 faiz, şokolad və şokolad məhsulları – 11,8 faiz, mal əti – 72,5 faiz, təzə tərəvəz – 6,9 faiz, siqaretlər – 71,7 faiz, minik avtomobilləri – 28,4 faiz, polad prokatı – 28,9 faiz, qara metallardan borular – 64,1 faiz, hesablama maşınları, blok və qurğuları – 13,3 faiz, rezin şinlər – 16,7 faiz, yük avtomobilləri – 42,2 faiz, sintetik yuyucu vasitələr – 9,6 faiz, mebellər – 13,8 faiz, polietilen – 22,9 faiz, mineral gübrələr – 32,7 faiz, paltaryuyan maşınlar – 38,2 faiz, qara metallardan çubuqlar – 4,7 faiz, qara metallardan künclüklər – 28,3 faiz, polipropilen – 42,7 faiz, məişət soyuducuları – 51,4 faiz artmış, buğda idxalı isə 9,1 faiz, xam şəkər – 19,7 faiz, bitki yağları – 15,0 faiz, təzə meyvə – 0,1 faiz, kərə yağı, digər süd yağları və pastaları – 10,6 faiz, çay – 5,1 faiz, kartof – 12,7 faiz, quş əti və onun əlavə məhsulları – 16,0 faiz, dərman vasitələri – 1,2 faiz, məişət kondisionerləri – 4,3 faiz, avtobuslar – 60,8 faiz, sement – 25,3 faiz azalmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























