"MarLab" şirkəti Türkiyənin məşhur biznesin inkişafı agentliyinin Azərbaycanda tərəfdaşı oldu
Brendin inkişafı, kateqoriya menecmenti, satış kanallarının idarəedilməsi, müştəri təcrübəsinin yaxşılaşdırılması, dəyər zəncirinin dizaynı üzrə həllər axtaran yerli şirkətlərimiz aşağıdakı əlaqə məlumatları üzrə MarLab agentliyinə müraciət edə bilərlər.Bundan sonra Azərbaycanın marketinq agentliyi MarLab MMC Türkiyənin məşhur “Argus Pazar Arastirma ve Danismanlik Limited” (Argus Growth Agency) şirkətini Azərbaycanda təmsil edəcək.
Hər iki şirkət bir neçə ay öncə başlayan danışıqları uğurla yekunlaşdıraraq 19 Fevral 2024-cü il tarixində qarşılıqlı əməkdaşlıq üzrə memorandum imzalayıblar.
“İnkişaf edən iqtisadiyyatımız fonunda Azərbaycan şirkətlərinin sağlam və rəqabətqabiliyyətli böyüməsi üçün beynəlxalq standartlara cavab verən marketinq konsultasiya xidmətlərinin ölkəmizdə əlçatan olmasını təmin etmək istəyirik. Nəzərə alsaq ki, fəaliyyət göstərdiyimiz marketinq sahəsi və ələlxüsus marketinq konsultasiya xidmətləri ölkəmizdə yenidir, daha çox yerli təcrübəyə və mütəxəssislərə istinad edir, “Argus Growth Agency” kimi tanınmış şirkətin və onun beynəlxalq təcrübəli mütəxəssislərinin ümumi işimizə faydasının böyük olacağına inanırıq. Yəni əməkdaşlıq tək yerli şirkətlərimizin inkişafına deyil, eyni zamanda yerli marketinq konsultantların yetişməsinə, beynəlxalq təcrübə əldə etməsinə zəmin yaradacaq”- deyərək MarLab MMC-nin təsisçisi və direktoru Əli Bədəlov qeyd edib.
Argus Growth Agency, şirkətlərin böyümə ilə bağlı problemlərinə həll təklif edən Türkiyənin ilk və yeganə böyümə agentliyidir. Argus Growth Agency-nin arxasında 2006-cı ildə əsası qoyulmuş və çətin bazarlarda bir çox milli və beynəlxalq şirkətlərə brendin strateji idarəedilməsi və tədqiqat xidmətləri göstərən Argus Brand Consultancy and Research irsi var.
Argus Türkiyədə Mind-Decoder®, Observor®, Innovation Clinic®, Customer Champions, ValueLinx kimi unikal tədqiqat və biznes idarəetmə modelləri daxil olmaqla, orijinal modellər və texnikalar inkişaf etdirən yeganə xidmət şirkətidir. İndiyədək Argus Growth Agency bir çox milli və beynəlxalq markalara o cümlədən Algida, Beisdorf, Coca Cola, Efes Pilsen, Pepsi – Lipton, Schwarzkopf, Sütaş, Unilever, Enerjisa, Kcell (Telia Sonera Qazaxstan), Koç.net (Vodafone Turkiyə), Ncell (Telia Sonera Nepal), Turkcell, Ucell (Telia Sonera Özbəkistan), Arçelik, Philips Türkiyə, Renault, KFC Türkiyə, Koton, LC Waikiki, McDonalds Türkiyə, QNB Finansbank, Softtech, Star TV, Digiturk, Riot Games Türkiyə, Anadolu Motor, Emaar Square and Residences, Mebe Construction (Rusiya) və s. kimi onlarla fərqli sektorlarda tanınmış şirkətlərə xidmət verib.
Brendin inkişafı, kateqoriya menecmenti, satış kanallarının idarəedilməsi, müştəri təcrübəsinin yaxşılaşdırılması, dəyər zəncirinin dizaynı üzrə həllər axtaran yerli şirkətlərimiz aşağıdakı əlaqə məlumatları üzrə MarLab agentliyinə müraciət edə bilərlər.
Telefon: 010 315 3004 və ya 010 321 3004
Email: [email protected]
Ünvan: Cəfər Cabbarlı 44, Caspian Plaza, 15ci mərtəbə.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
21 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb



















