“FINCA Azerbaijan” mənfəətini açıqladı - 32 FAİZDƏN ÇOX ARTIB
BOKT-ın mənfəəti 2023-cü ildə əvvəlki illə müqayisədə 32,2% artaraq 4,9 milyon manat təşkil edib.2023-cü il ərzində “FINCA Azerbaijan” Bank olmayan kredit təşkilatının (BOKT) kredit portfeli 22% artaraq 64 milyon manata çatıb.
Marja.az xəbər verir ki, bu, Təşkilatın yaydığı press-relizdə bildirilir.
Qeyd edilib ki, BOKT-ın müştəri bazasında 20% artım baş verib.
Vurğulanıb ki, Şirkət qabaqcıl avtomatlaşdırma və mərkəzləşdirilmiş satış və sahə əməliyyatlarında təkmilləşdirmələr vasitəsilə əməliyyat səmərəliliyinin və xərclərin səmərəliliyinin artırılmasına diqqət yetirərək biznes proseslərini optimallaşdırmaq səylərini inkişaf etdirmişdir. Bu təşəbbüslər “FINCA Azerbaijan” BOKT-ın 2023-cü ildə əvvəlki illə müqayisədə 32,2% artımla 4,9 milyon manat mənfəət əldə etməsinə töhfə verib.
Bu nailiyyətləri şərh edən “FINCA Azerbaijan” BOKT-ın Baş İcraçı Direktoru Timoti Tarrant bildirib: “Kredit məhsullarımıza müsbət reaksiya verilməsi bizi sevindirir. İlk istiqrazımızın uğurla ödənilməsi, strateji tərəfdaşlıqlar və davamlı təşəbbüslərlə birlikdə məsuliyyətli maliyyə və müştəri məmnuniyyətinə olan sarsılmaz öhdəliyimizi əks etdirir. Əlavə məhsul innovasiyalarını tətbiq etməklə 2024-cü ildə 20% artım əldə etməyi planlaşdırır, texnologiyaya sərmayə qoymağa və diqqəti kənd ev təsərrüfatlarına və fermer icmalarına maliyyə dəstəyinin genişləndirilməsinə yönəltməyə davam edirik.”
Əsası 1998-ci ildə qoyulmuş “FINCA Azerbaijan” BOKT “FINCA Impact Finance” təşkilatına aid 16 bank və mikromaliyyələşmə institutu ilə 5 qitədə 2.8 milyondan artıq müştəriyə xidmət edən qlobal şəbəkənin tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)







.jpg)






