Azerconnect şirkəti Azərbaycanın ən yaxşı işəgötürəni seçildi
(®) Azerconnect şirkəti növbəti dəfə nüfuzlu “Top Employer Institute” (Ən Yaxşı İşəgötürənlər İnstitutu) tərəfindən Azərbaycanda “Ən Yaxşı İşəgötürən” şirkət seçilib.
Şirkət 2024-cü ildə yenidən bu sertifikata layiq görülməklə fəaliyyətində ən yaxşı beynəlxalq insan resursları təcrübələrini tətbiq etdiyini, eləcə də öz əməkdaşları üçün layiqli iş şəraiti təmin etməyə sadiqliyini nümayiş etdirib.
Azerconnect şirkəti “Top Employer Institute” tərəfindən iş mühiti, istedadların cəlb edilməsi, öyrənmə, müxtəliflik, bərabərlik və inklüzivlik, rifah və sair daxil olmaqla 20 sahədən ibarət 6 istiqamət üzrə qiymətləndirilib və mükafata layiq görülüb.
“Ardıcıl ikinci ildir ki, bu nüfuzlu mükafata layiq görülməkdən qürur duyuruq. Ən qabaqcıl insan kapitalı təcrübələrini fəaliyyətimizə inteqrasiya etməklə biz şirkətimizdə mükəmməlliyi təşviq etməyə davam edirik”, - deyə Azerconnect şirkətinin Baş direktoru Emil Məsimov bildirib.
“İşçilərin rifahına, peşəkar inkişafına, inklüzivliyinə önəm verən iş yeri mədəniyyətinin yaradılmasına istiqamətlənən töhfələrimizin nəticəsi olaraq şirkətimizin “Top Employer Institute” tərəfindən yenidən Azərbaycanın ən yaxşı işəgötürəni olaraq seçilməsinin şahidi olduğum üçün çox sevinirəm. Azerconnect şirkətinin ruhlandırıcı iş yeri kimi inkişaf etdirilməsi, hər bir əməkdaşın karyera inkişafı və rifahının yüksəldilməsinə həsr olunmuş ən yaxşı layihələrin və fəaliyyətlərin beynəlxalq dəyərlərə uyğun qiymətləndirilməsi qürurverici haldır”, - deyə Azerconnect şirkətinin İnsan Resursları üzrə Baş Müdiri Mətanət Babayeva bildirib.
“Müstəsna zamanlar insanlarda və təşkilatlarda ən yaxşıları ortaya çıxarır. Biz bu il Ən Yaxşı İşəgötürənlərin Sertifikatlaşdırma proqramımızda bunun şahidi olduq. Ən yaxşı işəgötürənlər hər zaman sübut edib ki, onlar işçilər üçün daha yaxşı iş yerinin yaradılmasına, eləcə də əməkdaşların inkişafı və rifahının şirkət üçün prioritet olmasına sadiqdirlər. Bununla onlar kollektiv şəkildə iş dünyasını zənginləşdirirlər. Biz builki aparıcı insan yönümlü işəgötürən şirkətlərin qrupunu elan etməkdən qürur hissi duyuruq”, - deyə “Top Employer Institute”nin Baş direktoru David Plink qeyd edib.
“Top Employer Institute” 2024-cü il üzrə 122 ölkədə/regionda 2300 təşkilatı sertifikatlaşdırıb. Bu sertifikatı əldə etmiş Ən Yaxşı İşəgötürənlər qlobal miqyasda 9 milyondan çox işçinin həyatına müsbət təsir göstərirlər.
Azerconnect şirkəti NEQSOL Holding-in tərkibinə daxildir. NEQSOL Holding 11 ölkədə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərir və 12 000-dən çox işçi heyətinə malikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
15 d. əvvəl
İnnovativ Gac Aion i60 modelinin möhtəşəm Bakıda təqdimatı baş tutdu
-
- 31 d. əvvəl
-
42 d. əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
-
43 d. əvvəl
Azərbaycan üzrə şirkətlərin sayı 7%-ə yaxın, Naxçıvan üzrə isə 15%-ə yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
-
2 saat əvvəl
ABB-nin son açıqlamasından sonra "DavrBank"ın beynəlxalq reytinqi yüksəldi
-
2 saat əvvəl
"JPMorgan Chase" 2026-cı il üzrə qızılın qiyməti proqnozunu aşağı salıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
İnnovativ Gac Aion i60 modelinin möhtəşəm Bakıda təqdimatı baş tutdu
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb
Baku Electronics-də yaz fürsətləri davam edir!
Ən çox oxunanlar
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
Rəsmi məzənnələr açıqlandı
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
Trampın İrana xəbərdarlığından sonra neft daha da bahalaşıb












.jpg)









