Nazirlik “OBA” marketlər şəbəkəsini mükafatlandırdı! - FOTOLAR
2023-cü ilin nəticələrinə görə 3126 nəfər “OBA” tərəfindən işlə təmin edilib.(®) Ölkənin dörd bir yanında xalqa xidmət edən "OBA Market” MMC Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən təltif olunub.
Fevralın 22-də DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən növbəti mükafatlandırma tədbirində 2023-cü ildə fəal iştirakı ilə seçilən tərəfdaşların təqdimat mərasimi baş tutub.
Belə ki, "OBA Market” MMC məşğulluq orqanında “Bir ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərin məşğulluğuna dəstək verən ən aktiv özəl sosial tərəfdaş” nominasiyası ilə təltif olunub.
2023-cü ilin nəticələrinə görə 3126 nəfər “OBA” tərəfindən işlə təmin edilib.
Mükafatı şirkətin İdarə Heyətinin sədri Natəvan İbrahimovaya Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov təqdim edib.
Eyni zamanda “OBA Market” MMC Məşğulluğa dəstək korporativ sosial məsuliyyət layihəsi çərçivəsində aktiv əməkdaşlığa görə də təşəkkürnamə ilə təltif olunub. Təşəkkürnamə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev tərəfindən təqdim edilib. Bildirək ki, 2022-ci ildə “OBA Market” MMC “Müharibə iştirakçılarının məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş” nominasiyasında birinciliyə layiq görülüb.
Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA Market” MMC ölkə üzrə 1400-ə yaxın marketi, 8000-dən çox əməkdaşı ilə xalqımıza xidmət etməkdən və ən əsası 100-dən çox yerli istehsalçının sürətli və dayanıqlı inkişafına töhfə verməkdən qürur duyur!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
24 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















