Tamamilə yenilənmiş Toyota C-HR təqdim edildi! - FOTO
(®) Toyota ailəsinin öz fərqliliyi ilə diqqət çəkən modeli “Toyota C-HR” tam yenilənmiş dizaynı ilə Gürcüstanın Kaçreti bölgəsində keçirilən təqdimat mərasimində avtomobilsevənlərə təqdim olunub.
Təqdimatda modelin yenilənmiş dizaynı, texnoloji yenilikləri, performansı və digər bütün üstünlükləri barədə ətraflı məlumat verilib.
Yanvar ayının 25-də Gürcüstanda keçirilən təqdimatda Azərbaycandan da bir sıra məşhur avto və "lifestyle" bloqqerlər iştirak edib. Tədbirdə iştirakçılara modelin tamamilə yenilənmiş interyer və eksteryer dizaynı haqqında ətraflı məlumat verilib. Məlumatlandırma mərasimindən sonra qonaqlar modelin test sürüşündə də iştirak ediblər.
Toyota C-HR artıq daha müasir və daha innovativ görünüşdə!
İlk versiyası 2016-cı ildə təqdim olunan “Toyota C-HR” yeni nəsil avtomobillər arasında öz dizaynı ilə seçilib və daim diqqət mərkəzində olub. Yeniliyin və müasirliyin təcəssümü olan “Toyota C-HR” 2-ci nəsil buraxılışı ilə də bir sıra yenilikləri özündə cəmləməyi bacarıb.
Modelin ilk baxışdan ən diqqət çəkən xüsusiyyətləri müasir dizayn elementləri ilə əhatə olunmasıdır. “Toyota C-HR” əvvəlki dizayn dilinə sadiq qalsa da, artıq daha parlaq və göstərişlidir. Avtomobilin ön hissəsinə baxdıqda bizi “3D arxitekturalı oxa bənzəyən” LED ön faralar, onları müşayiət edən arqresiv və idman görünüşlü radiator barmaqlıqları qarşılayır. 64 ədəd fərqli rənglərdə kabin işıqlandırması, Toyota-nın ən son qlobal arxitekturasına xas olan GA-C platforması, yeni kuzova quraşdırılmış qapı tutacaqları da modelin diqqət çəkən dizayn elementlərindəndir.
Yeni nəsil “Toyota C-HR” avtomobillərinin interyeri də olduqca gözoxşayandır. Avtomobil 12,3 düymlük tam rəqəmsal cihazlar panelinə malikdir. İstehlakçılar bu ekranı istədikləri kimi fərdiləşdirə bilərlər. Mərkəzi konsol da 8 və ya 12,3 düymlük multimedia ekranı ilə təchiz olunub. Bu multimedia ekranı simsiz Apple CarPlay və ya Android Auto dəstəyi təklif edir.
“Toyota C-HR” performansı ilə diqqət çəkir!
Yeni nəsil “Toyota C-HR” hibrid mühərrikə sahibdir. Kapotun altında bizi 1,8 litrlik və ya 2,0 litrlik hibrid mühərrik qarşılayır. 1,8 litrlik mühərrik yalnız ön ötürücülü versiya ilə təklif olunsa da, 2,0 litrlik modeldə tam ötürücülü (4WD) versiya mövcuddur. “Toyota C-HR” 140 at gücü (1,8 litr) və 197 at gücü (2,0 litr) ilə effektiv sürüş performansı vəd edir.
Qeyd edək ki, yeni nəsil “Toyota C-HR” modeli “Toyota” modelleri arasında ekoloji liderdir. Əvvəlki model “Toyota C-HR”la müqayisədə iki dəfə daha çox təkrar emal olunmuş plastik materiallardan istifadə olunmuşdur. Həmçinin avtomobildə heyvan mənşəli materiallardan istifadə olunmamışdır. Avtomobil “Toyota”nın qabaqcıl “T-Mate” təhlükəsizlik sistemi ilə də təchiz olunmuşdur.
Bu möhtəşəm avtomobilə sahib olmaq istəyirsinizsə, sizə xoş xəbərimiz var! “Toyota C-HR” modelini artıq Azərbaycandakı rəsmi dillerlərdən satın ala bilərsiniz!
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 15 d. əvvəl
-
-
17 d. əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
2 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
3 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
3 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
3 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
Ən çox oxunanlar
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib


















.jpg)




