Azərbaycanın təbii qaz ixracından gəlirində böyük artım - TƏXMİNƏN 3 DƏFƏ VƏ YA 1 MİLYARD DOLLAR ARTIM
2024-cü ilin ilk 2 ayı ərzində (yanvar-fevral) Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixracın cəmi dəyəri 4 milyard 324 milyon 945 min dollar təşkil edib.
Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, neft-qaz sektoruna daxil olan mallar üzrə ixracın dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 455 milyon 930 min dollar və ya 11,8% artıb. Artım təbii qaz ixracından gəlirlərin artması ilə əlaqədardır.
2024-cü ilin ilk 2 ayı ərzində neft-qaz sektoruna daxil olan mallar üzrə ixracının 2 milyard 826 milyon 58 min dollarını xam neft, 1 milyard 459 milyon 774 min dollarını təbii qaz təşkil edib.
2024-cü ilin ilk 2 ayı ərzində 2023-cü ilin ilk 2 ayı ilə müqayisədə xam neft ixracının dəyəri 424 milyon 618 min dollar və ya 13% azalıb, təbii qaz ixracının dəyəri isə 957 milyon 747 min dollar və ya 2,9 dəfə artıb.
Neft-qaz sektoruna daxil olmayan mallar üzrə ixracın dəyəri 2024-cü ilin ilk 2 ayı ərzində 2023-cü ilin ilk 2 ayı ilə müqayisədə 196 milyon 397 min dollar və ya 30,1% azalaraq 455 milyon 26 min dollara düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
15 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
-
19 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
1 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
-
2 saat əvvəl
Unibank şəhid və qazi övladları üçün Şirvanda bayram tədbiri keçirib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























