“Gardashlar Mebel”-in rəhbər heyəti dünyanın ən nüfuzlu mebel sərgisində iştirak edib
(®) “Qardaşlar Mebel” QSC-nin rəhbərliyindən ibarət nümayəndə heyəti, Əli Mirzəyev, Hüseyn Mirzəyev, həmçinin şirkətin Amerika Birləşmiş Ştatlarındakı nümayəndəsi Bəxtiyar Məmmədov, dünyanın ən tanınmış Mətbəx və Hamam Assosiyasının dəvəti ilə cari ilin 26-28 fevral tarixlərində ABŞ-nin Las Veqas şəhərində Mətbəx və Hamam Sənayesi Sərgisində (KBİS) iştirak ediblər.
KBİS, Şimali Amerikanın, mətbəx və hamam dizaynının bütün aspektlərinə həsr olunmuş ən böyük ticarət sərgisi olmaqla, yüzlərlə ölkələri təmsil edən sərgi iştirakçısına ən son sənaye məhsullarını, tendensiyalarını, texnologiyalarını nümayiş etdirən stimullaşdırıcı, interaktiv platformadır.
Nümayəndə heyəti tərəfindən sərgi iştirakçılarına “Qardaşlar Mebel” QSC-nin istehsal etdiyi mətbəx və hamam mebellərinə, o cümlədən digər məqsədlər üçün nəzərdə tutulan məhsullara dair təqdimat jurnalları təqdim edilmişdir. Məlumatlar bir çox Amerika, Avropa, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrindən olan ziyarətçilər tərəfindən maraqla və rəğbətlə qarşılanmışdır. “Qardaşlar Mebel” QSC-nin Baş direktoru Əli Mirzəyev sərgi iştirakçılarına, doğma Azərbaycanımız, habelə rəhbərlik etdiyi müəssisə və onun “Made in Azerbaijan” brendi adı altında istehsal və ixrac etdikləri yüksək keyfiyyətli məhsullar haqqında daha dolğun məlumat vemişdir.
“Qardaşlar Mebel” QSC-nin təsisçisi Əli Mirzəyev saytımıza verdiyi açıqlamada, sərgidə iştirak etməkdən məmnun olduqlarını, anoloji sahədə dünyanın qabaqcıl şirkətləri keçirilmiş səmərəli və məhsuldar görüşlərin nümayəndə heyətində yüksək təəssürat yaratdığını qeyd etmiş, bununla yanaşı, dünya nəhənglərindən ən son texnologiyalarla təchiz edilmiş yeni avadanlıqların alqı-satqısına, eləcə də yeni coğrafiyalara məhsul ixracına dair bir sıra razılıqların əldə olunduğu müjdəsini vermişdir.
Qeyd edək ki, 2015-ci ildən fəaliyyətə başlamış, ölkədə mebel istehsalçıları arasında özünəməsus yeri olan “Qardaşlar Mebel” QSC ən son texnoloji yeniliklərlə təchiz olunmuş avadanlıqlardan ibarət fabrikə və yeni cağırışlara, beynəlxalq tələblərə uyğun olaraq, öz bilik, bacarıqlarını mütəmadi olaraq təkmilləşdirən 400 nəfərlik peşəkar heyətə malikdir. Müəssisənin müştəriləri arasında bir sıra dövlət qurumları, öz sahələrində Azərbaycan iqtisadiyyatına əhəmiyyətli dərəcədə töhfə vermiş yerli özəl müəssisələr, eyni zamanda beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəlikləri vardır. Bununla yanaşı, müəssisə dünyanın müxtəlif böyük ölkələrinə, o cümlədən Amerika Birləşmiş Ştatlarına mebel ixrac edən azsaylı istehsalçılardandır. Bu da, öz növbəsində, müəssisənin istehsal etdiyi mebellərin unikal keyfiyyətindən və beynəlxalq standartlara tam cavab verməsindən irəli gəlir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır




















