“PAŞA Bank“ “Best Private Bank” mükafatı ilə təltif olunub
(®) Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” “Global Finance" nəşrinin keçirdiyi “World’s Best Private Banks” müsabiqəsində "Best Private Bank in Azerbaijan 2024" nominasiyasında qalib gəlib.
ABŞ-ın Nyu York şəhərində bu mükafatların təntənəli təqdimetmə mərasimi keçirilmişdir və mükafat “PASHA Private Banking” blokunun baş direktoru Aqşin Mirzəzadəyə təqdim edilmişdir.
Tədbirdə çıxış edən Mirzəzadə Azərbaycan bazarında xidmət göstərən ilk yerli “private banking” institutu kimi “PASHA Private Banking” prioritetləri, strategiyası və fəaliyyət fəlsəfəsi haqqında danışıb.
““PASHA Private Banking” olaraq əsas prioritetimiz güclü və uzunmüddətli əlaqələr qurmaq, müştəriyə özəl xidmət göstərmək, tam məxfiliyi təmin etmək və geniş çeşiddə investisiya xidmətləri təqdim etməkdir. Bir sözlə, “PASHA Private Banking” fəlsəfəsinin təməlində etimad, məxfilik və müştəriləri maliyyə rahatlığı ilə təmin etmək və kompleks həlləri təqdim etmək öhdəliyi dayanır. Bizim başlıca məqsədimiz müştərilərimizin həyatını asanlaşdırmaq, sərvətlərini artırmaq və gələcək nəsillərə ötürməkdir,” deyə, Mirzəzadə bildirib.
O bildirib ki, “PASHA Private Banking” beynəlxalq təcrübəni mənimsəyərək və yerli bazarın xüsusiyyətlərini nəzərə alaraq, müştərilərlə uzunmüddətli və etibarlı əlaqələr qurub, onların məqsədlərinə uyğun fərdi və fərqli yanaşma əsasında maliyyə xidmətləri və məhsullarını yüksək keyfiyyətlə təqdim edir.
“PASHA Private Banking” ilk dəfə “private banking” yanaşmasını Azərbaycanda tətbiq edib,” o bildirib.
Artıq 9-cu dəfə keçirilən müsabiqə çərçivəsində müxtəlif seqmentlərdə təmsil olunan bankların fəaliyyəti "Global Finance" nəşri tərəfindən hərtərəfli təhlil edilərək, qiymətləndirilir. Bu mükafat bankların fəaliyyətinin dayanıqlı inkişaf prinsiplərinə, beynəlxalq standartlara uyğun aparılmasına, innovativ məhsul və xidmətlərin tətbiqinə və digər nailiyyətlərə görə təqdim olunur.
Qeyd edək ki, 2010-cu ildə fəaliyyətə başlayan “PASHA Private Banking” Azərbaycan bazarında yüksək gəlirli şəxslər üçün xidmət göstərən ilk qurumdur və son illər ərzində bir sıra fərqli məhsullarla bazarda çıxış edib. Həmin ildən etibarən özəl bankçılıq seqmentində beynəlxalq təcrübəni təqdim edir, müştərilərə üst səviyyə xidmət və premium məhsulları, o cümlədən Azərbaycanda və ölkə xaricində investisiya, sərvətin idarə edilməsi, hər bir müştəri üçün risk profilinə uyğun xüsusi hazırlanmış xidmətləri ilə bazarda daim seçilir. Fəaliyyəti nəticəsində əldə etdiyi uğurlara görə fərqli illərdə “PASHA Private Banking” nüfuzlu beynəlxalq mükafatlar, o cümlədən “Ən yaxşı Private Banking xidmətləri təqdim edən bank”, “Ən yaxşı investisiya bankı” və “Ən yaxşı bank qrupu” nominasiyalarında fərqləndirilib.
“PASHA Private Banking” xidmətləri haqqında ətraflı məlumat almaq və təklif etdiyi üstünlüklərdən və imtiyazlardan yararlanmaq üçün bu linkə keçid edin.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 31 d. əvvəl
-
32 d. əvvəl
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir
- 37 d. əvvəl
-
1 saat əvvəl
Tramp Kubaya neft satan ölkələrə gömrük tarifi tətbiqini nəzərdə tutan sərəncam imzalayıb
-
9 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Dünyanın ən böyük suveren fondu son 2 ilin ən yüksək gəlirliliyini göstərib
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Rəsmi məzənnələr açıqlanıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
Kimya şirkəti Dow 4 min 500 nəfəri işdən çıxaracaq
Ən çox oxunanlar
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
Tramp: Pauell milli təhlükəsizliyimizə zərər verir
Tam yeni Toyota Hilux artıq Toyota Abşeronda
Bakı–Tbilisi–Qars üzrə müqavilələr imzalandı
Mərkəzi Bankın baş direktorlarından biri müşavir vəzifəsinə keçirilib, yerinə təyinat olub


















