İstiqraz sahiblərinin qazancı 11 milyon ABŞ dollarını ötüb
SOCAR İstiqrazlarının 10-cu kupon ödənişi edilib“SOCAR Capital” şirkətindən verilən məlumata əsasən, nominal qiyməti 1,000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi 4,5% olan və faiz gəlirləri rüblük qrafiklər əsasında ödənilən SOCAR İstiqrazlarının növbəti kupon ödənişi 1 may tarixində həyata keçirilib.
SOCAR İstiqrazları 10-cu kupon ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1 milyon 125 min ABŞ dolları gəlir qazandırıb və istiqraz sahiblərinin qazancı 11 milyon 250 min ABŞ dollarına yüksəlib.
Bakı Fond Birjasında yerləşdirildiyi tarixdən bugünədək SOCAR İstiqrazları ən çox ticarət olunan korporativ qiymətli kağız statusunu qoruyub. 2016-cı və 2021-ci illərdə emissiya edilən SOCAR İstiqrazları 2016-cı ildən indiyədək investorlarına ümumilikdə 36 milyon ABŞ dollarından çox gəlir qazandırıb.
Emissiya olunduğu 30 aylıq müddət ərzində təkrar bazar əməliyyatları üzrə ticarət həcminin 44 milyon ABŞ dollarını üstələməsi və bağlanmış əqd sayının 700-ü ötməsi 2-ci SOCAR İstiqrazlarına olan yüksək tələbatın təzahürüdür.
1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən və Azərbaycandakı lisenziyalı bütün investisiya şirkətlərindən əldə edilməsi mümkün olan SOCAR İstqirazları yüksək likvidliyə malikdir və qiyməti heç vaxt nominal dəyərindən (1,000 ABŞ dolları) aşağı düşməyib.
SOCAR İstiqrazlarının növbəti kupon ödənişi 1 avqust 2024-cü il tarixində baş tutacaq.
Qeyd edək ki, SOCAR İstiqrazları ilə bağlı rəsmi məlumatlar yalnız 1, 5 saylı “ASAN xidmət” mərkəzləri, ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətləri, yuxarıda qeyd olunan çağrı nömrəsi və veb–səhifələrdan əldə edilə bilər.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
32 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq


























