“Təfəkkür” Universitetinin aqibəti necə olacaq?
Cari ildə Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr edilən “Abituriyent” jurnalının sonuncu nömrəsində ölkəmizdə fəaliyyət göstərən bütün dövlət və özəl ali təhsil müəssisələrinin adları yer alsa da, “Təfəkkür” universitetinin adı göstərilməyib. Əldə etdiyimiz məlumata görə, universitetə tələbə qəbulun aparılmaması ilə yanaşı, hazırda orada təhsil alan tələbələrinin bir qismi öz universitetlərini dəyişdirmək istəyirlər.
Universitetin aqibəti hələ ki müəmmalı olsa da, rəhbərlik tərəfindən tələbələrdən 2017/2018-ci tədris ilinin təhsil haqqları tələb olunub. Bəs universitetdə qalıb təhsilini davam etdirmək istəyən tələbələrin aqibəti necə olacaq?
Sözügedən məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu göndərilib. Nazirlikdə sorğuya tam cavab verilməsə də, ümumi olaraq bildirilib ki, Azərbaycanda tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin köçürülməsi transfer.edu.az portalı vasitəsilə həyata keçirilir. Sabah portalda elektron ərizələrin qəbulu başa çatacaq. Mövcud qaydalara əsasən, hər bir tələbə portalın imkanlarından yararlanaraq təhsil aldığı ali təhsil müəssisəsini və eyni ixtisas qrupu çərçivəsində ixtisasını dəyişmək hüququna malikdir.
Xatırladaq ki, ötən ilin oktyabr ayında Təsisçilər Şurası Təhsil Nazirliyinə müraciət edərək, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətinin dayandırılması barədə qərarın qəbul edildiyini bildirmişdi.
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
13 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)








