PRİME AGENCY şirkəti nüfuzlu EVENTEX AWARDS 2024 müsabiqəsinin qaliblərindəndir
(®) 14-cü Global Eventex Awards - tədbir və marketinq sahəsində dünyanın aparıcı mükafatının qalibləri məlum oldu.
Bu il müsabiqə tarixində rekord sayda iştirakçı olub. Belə ki, 6 qitə və 62 ölkədən 1207 iştirakçı arasından səs vermə nəticəsi ilə seçilmiş qaliblər sırasına Azərbaycan şirkəti PRIME AGENCY də daxil edilmişdir. Şirkət “Agency of the Year” və “People’s Choice Agency” nominasiyaları üzrə 2 Gümüş mükafat qazanıb.
“Əlbətdə ki, Azərbaycan şirkəti olaraq, bu nəticə PRIME AGENCY üçün böyük uğur və qürur mənbəyidir. Tədbirlər və marketinq sənayesinin qlobal ekspertlərindən ibarət münsiflər heyətindən müsbət rəylər almaq və xal toplayaraq dünyanın hər yerindən qatılan bir çox agentlik və layihələr arasında tanınmaq və mükafatlandırılmaq həqiqətən də qürur verici andır. Eyni zamanda, ölkə daxilində həyata keçirdiyimiz layihə və tədbirlərin beynəlxalq səviyyədə müsbət dəyərləndirilməsinin bariz nümunəsidir”, - deyə şirkətin təsisçisi və direktoru Fərid Məmmədov vurğulayıb.
2009-cu ildə yaradıcılıq, innovasiya və performansı tanıtmaq üçün təsis edilən Eventex Awards, bu gün tədbirlər və marketinq dünyasında ən böyük mükafat sayılır. Hər il müsabiqə tədbirlər və marketinq dünyasından ən yaxşı agentlikləri, tədbirləri və texnologiyaları mükafatlandırır. Bu il ən çox Qızıl mükafat qazanan şirkət və layihələr ABŞ, Qətər və Almaniyadan olan iştirakçılar olmuşdur.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır


















