gubre.az şəbəkəsinin yeni layihəsi fermerlərin xüsusi marağına səbəb oldu
gubre.az stendində ilk dəfə təqdim olunan “Agrohub” mobil platforması fermerlərin xüsusilə marağına səbəb olmuşdur. “Agrohub” mobil tətbiqi fermerləri, aqronomları, kənd təsərrüfatı istehsal vasitələrinin təchizatçılarını bir araya gətirməklə sektorun daha da sürətli inkişafına tövhə verməyi hədəfləyir.
(®)15 may tarixindən etibarən Bakıda sayca 17-ci “Caspian Agro” Azərbaycan Beynəlxalq Kənd təsərrüfatı sərgisi keçirilir. Üç gün davam edəcək sərgi hər il olduğu kimi dövlət qurumlarını, yerli və xarici təchizatçı şirkətləri, fermer təsərrüfatlarını və aqrar sektorda təmsil olan mütəxəssisləri bir araya toplamışdır. Bu il Bakı Ekspo Mərkəzində milli və xarici stendlərin nümayiş olunduğu sərgidə ümumilikdə dünyanın 27 ölkəsindən 280-dən çox iştirakçı yer alır.
Sərgidə, həmçinin Azərbaycanda kənd təsərrüfatı istehsal vasitələrinin tədarükü, topdan və pərakəndə satışı üzrə ixtisaslaşmış, yüksək keyfiyyətli məhsulları, həmçinin əlçatan xidmətləri ilə fermerlərin, eləcə də kənd təsərrüfatı şirkətlərinin etibarını və rəğbətini qazanan gubre.az aqrar ticarət şəbəkəsi də öz stendi ilə təmsil olunur. Bu il stenddə fermerlərə gubre.az-ın idxal etdiyi torpaq qoruyucu və yaxşılaşdırıcı vasitələr, gübrələr, müasir effektiv bitki mühafizə vasitələri, yüksək məhsuldarlığa malik pambıq, qarğıdalı, yonca və s. toxum sortları təqdim edilmişdir.
“Fermerin rəqəmsal dostu” gəlir!
gubre.az stendində ilk dəfə təqdim olunan “Agrohub” mobil platforması fermerlərin xüsusilə marağına səbəb olmuşdur. “Agrohub” mobil tətbiqi fermerləri, aqronomları, kənd təsərrüfatı istehsal vasitələrinin təchizatçılarını bir araya gətirməklə sektorun daha da sürətli inkişafına töhfə verməyi hədəfləyir. Tətbiq fermerlərə aqronom məsləhəti və hava proqnozuna əsasən müvafiq avtomatlaşdırılmış tövsiyələr almaq, becərdiyi bitki növü ilə əlaqədar yaranmış suallarına cavab tapmaq, maarifləndirici materialları daha asan və sürətli əldə etmək, yetişdirdiyi məhsulları satışa çıxarmaq, digər fermerlərlə asan əlaqə yaradaraq təcrübə paylaşımına dəstək olmaq və ya bundan yararlanmaq kimi imkanlar yaradır. Kənd təsərrüfatı sektoruna innovativ həllər gətirməyi hədəfləyən “Agrohub” mobil tətbiqi qısa zamanda fəaliyyət dairəsini bütün ölkə ərazisində genişləndirməyi hədəfləyir.
“Bildiyiniz kimi Cənab Prezident İlham Əliyev tərəfindən 2024-cü il “Yaşıl dünya naminə həmrəylik” ili elan edilmişdir. Ekoloji vəziyyətin bütün dünyada getdikcə çətinləşdiyi, hava, su, torpaq resurslarının kirlənərək tədricən sıradan çıxmaqda olduğu indiki zamanda dövlətimizin bu sahəyə göstərdiyi bu diqqət təsadüfi deyil. Qida təhlükəsizliyinin və dayanıqlı inkişafın təmin edilməsi üçün təbii resursların qənaətlə istifadə edilməsi və hətta yaxşılaşdırılması, həmçinin kənd təsərrüfatı üçün həyati əhəmiyyət daşıyır. Biz də bu axına qoşularaq və sosial məsuliyyətimizi dərk edərək, torpaq yaxşılaşdırıcı və su qaynaqlarından daha səmərəli istifadəyə şərait yaradacaq məhsullar təqdim edir, femerləri təbii resurslara qənaəti təbliğ edən maarifləndirici materiallarla təmin edirik. Bundan başqa yeni “Agrohub” platformamız vasitəsilə də fermerlərimizin müasir səmərəli və qənaətcil becərmə texnologiyalarını daha sürətlə öyrənib mənimsəməsinə nail olmağı hədəfləyirik”, - deyə şirkətin direktor müavini Anar Hüseynov bildirib.
Qeyd edək ki, gubre.az aqrar ticarət şəbəkəsi “Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC-yə məxsusdur. Şəbəkə gübrə, toxum və bitki mühafizə vasitələrinin, eləcə də suvarma sistemlərinin və s. kənd təsərrüfatı istehsal vasitələrinin idxalını, həmçinin Azərbaycanın müxtəlif bölgələrində yerləşən 200-dən çox satış nöqtəsi vasitəsilə onminlərlə fermerə satışını həyata keçirir.
Əlaqə üçün qaynar xətt: 828
Müştərilərin xəbərləri

ABB-İnvest və Bank of Baku-dan yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 5 gün sonra
- 30 d. əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 35 d. əvvəl
-
40 d. əvvəl
DSMF-nin gəlirləri 307 milyon manat, xərcləri 405 milyon manat daha çox olub
-
53 d. əvvəl
Dollar dəyər itirməyə davam edir - QLOBAL BİRJALARDA SON VƏZİYYƏT
-
55 d. əvvəl
Azərbaycanla Çinin Ningbo limanı arasında əməkdaşlıq üçün işçi qrupu yaradılacaq
-
1 saat əvvəl
8 ayda dövlət büdcəsindən 202 milyon manatdan çox vəsait geri qaytarılıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda BYD-lərin sayı 4 dəfə, Changan-ların sayı 2 dəfəyə yaxın artıb
-
1 saat əvvəl
22 bankdan 15-i yeni nəsil rəqəmsal imza olan SİMA-nı tətbiq edib
- 1 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

BOKT-a 15 faizlə 4 milyon 750 min manat pul lazımdır

Cari ildə 320 minə yaxın ASAN İmza sertifikatı verilib


“Azərpoçt” Kəlbəcərdə fəaliyyət göstərməyə başlayıb
Ən çox oxunanlar

22 bankdan 15-i yeni nəsil rəqəmsal imza olan SİMA-nı tətbiq edib

Azərbaycanda ən çox sürülən avtomobillər - YENİ SİYAHI

Azərbaycan neftinin son qiyməti

3 il ərzində Azərbaycanda motosikllərin sayı 2 dəfədən çox artaraq 10 min ədədi keçib

Rəsmi məzənnələr açıqlandı

Qızılın qiymətində yeni rekord - DAHA DA BAHALAŞACAĞI BİLDİRİLİR

ABŞ-da GL Group-un süni intellektin seysmik tədqiqatlarda tətbiqinə dair Azərbaycanda inkişaf etdirdiyi layihəsinin təqdimatı olub

Azərbaycanda hər 100 ailəyə 65 şəxsi minik avtomobili düşür
