İnteryer Mebel Forumunun spikerləri bəlli oldu!
“Gələcəkdən Baxış” konsepti ilə 30 may 2024-ci il tarixində Gülüstan sarayıda 500 nəfərin iştirakı ilə baş tutacaq İnteryer Mebel Forumunun spikerləri məlum olub.
“Facemark” şirkətinin təşkilatçılığı və “Mutfakçı” şirkətinin Platinum Sponsorluğu, “MH Living Solutions” şirkətinin Gold Sponsorluğu, “La Casa Dei Sogni” şirkətinin Premium Sponsorluğu, “Airforce”, “Alvic”, “Blum Azərbaycan”, “Galvamet”, “Hettich”, “Kandar”, “Neolith”, “Nolte Küchen” “Schock”, “Veroquarzo” və “Başkent” restoranlar şəbəkəsinin sponsorluğu ilə 500 nəfərədək şirkət nümayəndələrinin iştirakı ilə baş tutacaq forum ölkəmizdə interyer dizayn və mebel sahəsinin inkişafına dəstəyi və sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsini hədəfləyir.
3 moderator və 13 spiker “Gəcəkdən Baxış” konsepti ilə "İnteryerə Yeni Baxış", " Müasir Mebel Necə Olmalıdır?", "Dizayn Peşəsinin Sirləri: A-dan Z-yə Hər Şey " panelləri üzrə sahəyə dair müxtəlif mövzuları müzakirə edəcəklər.
Mutafkçı Azərbaycan şirkətinin təsisçisi İlkin Manafovun moderator olduğu “İnteryerə Yeni Baxış” panelində Chic İnteriors şirkətinin təsisçisi Ayatc Ağakişiyeva, Zarif Emin İnteriors şirkətinin təsisçisi Zərif Eminbəyli, Glasstech şirkətinin təsisçisi Elşən Süleymanov, Valpaint şirkətinin Kommersiya işləri üzrə direktoru Andrea Zonca, Chalk Studionun təsisçidi Leyla İbrahimova və Redesign şirkətinin təsisçisi Tural Namazov öz təcrübələrini bölüşəcəklər.
MH Living Solutions şirkətinin təsisçisi Mira Hacıyevanın moderator olduğu "Müasir Mebel Necə Olmalıdır?" panelində Embawood şirkətinin Baş direktorun kommersiya işləri üzrə müavini Zaur Quliyev, İdea MMC şirkətinin Təsisçisi və Baş Direktoru İbrahim Alısoy, Blum Azərbaycan şirkətinin Rəhbəri Eldəniz Abdullayev, Renner şirkətinin İxrac sahəsi meneceri Federico Ghelfi, Neolith şirkətindən Anna Kotova və BizimOda şirkətinin təsisçisi Vüsal Əlisoy diqqət edilməli mövzulara toxunacaq.
"Dizayn Peşəsinin Sirləri: A-dan Z-yə Hər Şey!" panelində Azərbaycan Memarlıq və İnşaat Universiteti | "Mühit Dizaynı" Kafedrasının Dosenti, Beynəlxalq Memarlıq Akademiyasının Professoru Nərgiz Ağayevanın, F.Q Partners MMC şirkətinin təsisçisi Fərid Qaçayev, Azmob və 123 Media şirkətinin təsisçisi Tural Ozan, "KHALILOV'S" ARCHİTECTURE & DESIGN şirkətinin təsisçisi Rafael Xəlilov və GH Designo şirkətinin təsisçisi Günay Hüseynin spikerliyi ilə baş tutacaq.
İnteryer Mebel Forumuna bilet əldə etmək və tədbir ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün forumun rəsmi internet səhifəsinə (https://imforum.az) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.
Facebook:https://www.facebook.com/profile.php?id=61556082195755
Instagram:https://www.instagram.com/imforumbaku/
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
24 d. əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 28 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dünyanın ən böyük suveren fondu son 2 ilin ən yüksək gəlirliliyini göstərib
-
1 saat əvvəl
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
- 4 saat əvvəl
-
5 saat əvvəl
22 bankdan 5-nin balans kapitalı 240 milyon manatdan çox olub - SİYAHI
- 5 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
Tramp: Pauell milli təhlükəsizliyimizə zərər verir
Ən çox oxunanlar
Tam yeni Toyota Hilux artıq Toyota Abşeronda
Bakı–Tbilisi–Qars üzrə müqavilələr imzalandı
Mərkəzi Bankın baş direktorlarından biri müşavir vəzifəsinə keçirilib, yerinə təyinat olub
Sərfəli şərtlərlə qızıl təminatlı kredit
Tbilisidə BTQ dəmir yolunun təhvil-təslimi üzrə yekun aktın imzalanması müzakirə olunub
Qəbələdə nəhəng pivə və sərinləşdirici içki zavodu tikiləcək - Nazir şirkətin sahibilə görüşdü
"FNC BOKT" da 15 faizlə borc alır


















