VTB (Azərbaycan) əmanət faizlərini artırıb
(®) VTB (Azərbaycan) iki depozit üzrə gəlirliliyi 1-8 faiz bəndi artırıb. “Sərfəli” əmanəti üzrə maksimal gəlir 6 ay müddətinə yerləşdirildikdə illik 12%, “Avans” üzrə isə 18 ay müddətinə yerləşdirildikdə illik 11% təşkil edəcək.
“Avans” depozitini milli valyutada 12 aydan 36 aya qədər müddətə, “Sərfəli” əmanətini isə 3 valyutada 3 aydan 36 aya qədər açmaq olar. Hər iki depozitə vəsaitin əlavə edilməsi mümkün deyil.
"Klassik əmanətlər pərakəndə müştərilər arasında populyar olmaqda davam edir. Buna bankların əmanətçilərinə təklif etdiyi ikirəqəmli gəlirlilik faiz dərəcələri təsir edir. 2024-cü ilin birinci rübünün yekunlarına görə, bankımızın fiziki şəxslər üzrə əmanət portfeli 51,5 mln manata çatıb. “Avans” depoziti də müştərilər arasında üstündür, çünki onların yay və tətil mövsümündən əvvəl əlavə vəsaitlərə ehtiyacları vardır ", - deyə VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü, Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeni Borodin şərh etdi.
VTB (Azərbaycan) Bankın məhsul və xidmətləri barədə məlumatları filial şəbəkəsindən, rəsmi internet səhifəsindən, 986 Məlumat mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 57 d. əvvəl
- 58 d. əvvəl
-
-
1 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
-
15 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Rəsmi məzənnələr açıqlandı
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
Ən çox oxunanlar
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
























