Azercell-in dəstəyilə həyata keçirilən “Techcell” hakatonu başa çatdı
Azercell və UFAZ -ın birgə əməkdaşlığı çərçivəsində ərsəyə gələn hakatonun qalibləri mükafatlandırıldı(®) “Azercell Telekom” MMC-nin dəstəyi və Azərbaycan-Fransız Universitetinin təşkilatçılığı ilə həyata keçirilən “Techcell” hakatonu yekunlaşdı. Qaliblərin mükafatlandırma mərasimi UFAZ universitetində baş tutdu.
Tədbirdə çıxış edən Azercell-in İnsan Kapitalının İdarə Edilməsi departamentinin direktoru Dilarə Hüseynova bu əməkdaşlığın əhəmiyyətini vurğuladı.
“Azercell innovativ düşüncə tərzi, bilik və bacarıqları ilə fərqlənən gənclərin inkişafına töhfə verən layihələri daima dəstəkləyir. Xüsusilə də gənc nəsil İKT mütəxəssislərinin yetişdirilməsi, onların peşəkar kimi formalaşması üçün lazımi şəraitin yaradılması hər zaman diqqət mərkəzimizdədir”,- deyə D. Hüseynova bildirdi.
UFAZ-ın icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova qalibləri təbrik edərək gənclər arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsi, eləcə də innovasiya və texnologiyaya həvəsin artırılması üçün bu cür tədbirlərin önəmli olduğunu bildirdi.
Münsiflər heyətinin qərarına əsasən hakatonun builki qalibi UFAZ tələbələrindən ibarət “Night Ops” komandası oldu. İkinci yerə Bakı Ali Neft Məktəbini (BANM) təmsil edən “Sentinels” komandası, üçüncü yerə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən “Delusion” komandası layiq görüldü. Qalib komandalara pul mükafatı və dəyərli hədiyyələr təqdim edildi.
Ümumilikdə 15 universitetdən 96 komandanın müraciət etdiyi müsabiqədə 30 komanda finalda yarışmaq hüququ qazandı. 18-19 may tarixlərində baş tutan hakatonda iştirakçılar Azercell və UFAZ-ın peşəkar mentorlarının dəstəyilə üç nəfərdən ibarət komandalar şəklində yarışdılar. Onlar informasiya texnologiyaları, kibertəhlükəsizlik və mobil şəbəkə sahələrinə aid real tapşırıqlar üzərində işlədilər, bu mövzuları əhatə edən proqramlaşdırma tapşırıqlarını yerinə yetirdilər.
Qeyd edək ki, “Techcell” hakatonu Azercell və UFAZ -ın birgə əməkdaşlığı nəticəsində həyata keçirilən sayca üçüncü hakatondur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
9 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
9 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























