Azərbaycanın ilk və ən böyük mələk investor klubu qlobal startapa 25 min dollar yatırım etdi
Fərid İsmayılzadənin təsis etdiyi “Technovate-SABAH Mələk İnvestorlar Klubu” qlobal startap olan “One health Group”-na 25 000 ABŞ dolları məbləğində yatırım edib. One Health Group (OHG) tibbi texnologiya sahəsinə yenilik gətirmiş və missiyası sağlamlıq diaqnostikası, terapevtika, monitorinq və qabaqcıl analitikanı bazara çıxarmaqdır.Azərbaycanda startap ekosisteminin inkişafına töhfə verən ilk və ən böyük “Technovate-SABAH Mələk İnvestorlar Klubu” qlobal startap olan “One health Group”-na 25 000 ABŞ dolları məbləğində yatırım edib.
“Technovate-SABAH Mələk İnvestorlar Klubu”nun yaydığı məlumatda bildirilir ki, One Health Group (OHG) tibbi texnologiya sahəsinə yenilik gətirmiş və missiyası sağlamlıq diaqnostikası, terapevtika, monitorinq və qabaqcıl analitikanı bazara çıxarmaqdır. OHG çox vaxt sağlamlığa dair məlumat çatışmazlığının səbəb olduğu heyvan və insan xəstəliklərinin qarşısını almaq üçün sağlamlığı qiymətləndirən texnologiya hazırlayıb və bu texnologiya ağıllı sensorlar və süni intellektdən istifadə edərək fərdiləşdirilmiş sağlamlığa dair daha real məlumatı təmin edir. OHG-nin məqsədi bir-biri ilə əlaqəli olan heyvan, insan və ətraf mühit məlumatlarını birləşdirən unikal sağlamlıq platformasını təmin etməkdir.
“OHG-nin “Technovate-SABAH Mələk İnvestorlar Klubu”nun Azərbaycanlı mələk investorlarından ibarət Seçki komitəsi qarşısında verdiyi ilk təqdimatında komitə üzvlərinin marağını qazanmış və innovativ məhsul olaraq qiymətləndirilmişdir. Biz əminik ki, OHG heyvan sağlamlığının uzaqdan yoxlanılmasını təmin etməyi hədəfləyən və səhiyyə sahəsində gələcəyin uğurlu metodunu gətirən bu startap uğurla irəliləyərək daha böyük nailiyyətlər əldə edəcək. Biz OHG komandasına ən xoş arzularımızı çatdırırıq və gələcək addımlarına sadiq investorlar kimi dəstəyimizi təsdiqləyirik”, - Klubun yeni icraçı direktoru Alya Abbaszadə bildirib.
Qlobal startapın rəhbəri Albert Di Rienzo isə göstərilən marağa və çoxsaylı məhsuldar görüşlər keçirərək verdiyi dəstəyinə görə Kluba öz təşəkkürünü bildirib.
Qeyd edək ki, “Technovate-Sabah Mələk İnvestorlar Klubu” Azərbaycanın ilk Mələk İnvestorlar Klubu olub ölkədə yerli investorları bir araya gətirərək investorlar şəbəkəsini formalaşdırmağı və eyni zamanda onların global startaplara investisiya qoymasına dəstək olaraq Azərbaycanda startap ekosisteminin inkişafına töhfə verir. Klub 2022-ci ildə “Technovate” şirkətinin rəhbəri Fərid İsmayılzadə və SABAH.hub tərəfindən təsis olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
4 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
9 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
9 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

















.webp)








