Respublika üzrə taxıl sahələrinin 13 faizində biçin başa çatıb
Respublikada taxıl biçini davam edir.
Kənd Təsərrüfatı Nazirliyində taxıl biçinin təşkili ilə bağlı yaradılmış operativ qərargahın məlumatına görə, artıq payızlıq əkin sahələrinin 13 faizində biçin başa çatıb.
Bugünədək 131 814 hektar sahədə biçin aparılıb. Sahələrdən 373 897 ton arpa, 7905 ton buğda yığılıb. Arpa sahələrinin 31 faizində, buğda sahələrinin isə 0,4 faizində biçin yekunlaşıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 28.9 sentner, buğda üzrə isə 31.8 sentner təşkil edir.
İyunun 11-də respublika üzrə biçin prosesində 1203 kombayn iştirak edib. Bunlardan 674 kombayn fiziki və hüquqi şəxslərin özəl mülkiyyətində olan kombaynlardır. “Aqroservis” ASC taxıl biçininə 529 kombayn cəlb edib.
Ümumilikdə “Aqroservis” ASC bu mövsüm taxıl biçininə 656 kombayn cəlb etməyi planlaşdırır. Kütləvi biçin prosesində 1803 kombaynın iştirak edəcəyi gözlənilir.
“Aqroservis” ASC-nin kombaynları dislokasiya planı üzrə ilkin mərhələdə 5 hektaradək olan kiçik sahələrdə biçin aparır. Sosial biçin prosesi növbəlilik prinsipi əsasında həyata keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 saat əvvəl
- 17 saat əvvəl
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
50 hərrac, 127,1 milyon manatlıq ödəniş
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti


























.jpg)
