Rabitəbank Qurban bayramı ərəfəsində şəhid və qazi ailələrinə dəstək oldu
(®) "Rabitəbank" ASC korporativ sosial məsuliyyət strategiyası çərçivəsində Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda getmiş döyüşlərdə şəhid olmuş şəxslərin və qazilərin ailələrinə dəstəyini davam etdirir.
Belə ki, Qurban bayramı ilə əlaqədar olaraq Kürdəmir, Şamaxı və Ağsu rayonlarında yaşayan 100-ə yaxın şəhid və qazi ailəsinə ərzaq məhsullarından ibarət bayram sovqatı təqdim olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və rayon icra hakimiyyətlərinin dəstəyi ilə baş tutmuş yardım kampaniyasında Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin regional filiallarının və icra nümayəndələri, eləcə də bankın əməkdaşları iştirak ediblər, şəhid və qazi ailələri ilə görüşərək söhbət ediblər.
Qeyd edək ki, Rabitəbank korporativ sosial layihələr çərçivəsində bir çox xeyriyyə tədbirləri həyata keçirib. Bank öz ənənəsinə sadiq qalaraq, bundan sonra da bu cür təşəbbüskar addımlar atmağa davam edəcək.
"Rabitəbank" ASC 16 region və Bakı şəhəri də daxil olmaqla ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
40 d. əvvəl
Maliyyə nəhəngi qızıl üçün tarix açıqladı: 6 min dolları nə vaxt keçilə bilər?
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Gömrük xərcləri artsa da Li Auto qiymətləri sabit saxlayır - QİYMƏTLƏR
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Yerli kibertəhlükəsizlik startapı "Cypho"ya Avropada ciddi maraq var"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Fevralın 10-da gözlənilən hava şəraiti - BAKIYA QAR YAĞACAQ
“Bank Respublika”nın“Qızıl Seçim” lotereyası davam edir
Prezident ABŞ şirkətlərinin rəhbər şəxslərini qəbul edib
“Unibank”da yığıncaq keçiriləcək
Naxçıvana yeni Baş naziri təyin olundu
Türkiyə toyuq əti ixracını dayandırdı
“Okuklu Holding”in rəhbəri Yılmaz Okuklu ilə bir qrup şəxs arasında dava-dalaş olub
Takaiçi-dən böyük qələbə - Yaponiya səhmləri rekord həddə yüksəlib
Azərbaycanda 11-ci Domino’s restoranı açılacaq
Qızılın qiyməti yenidən 5 min dolları keçib
Rəsmi məzənnələr açıqlandı


























