"Günün 24 saatı valyuta bazarlarına müdaxilə etməyə hazırıq" açıqlamasına baxmayaraq yen ucuzlaşır
Yaponiya rəsmisi Masato Kanda, lazım gələrsə, 24 saat valyta bazarına müdaxilə etməyə hazır olduqlarını bildirib. Kandanın açıqlamasına baxmayaraq, yen dəyər itirməkdə davam edib.Yaponiyanın məzənnə siyasətindən məsul olan ən yüksək səviyyəli rəsmi, maliyyə nazirinin müavini Masato Kanda, lazım gələrsə, günün 24 saatı valyuta bazarlarına müdaxilə etməyə hazır olduqlarını söyləyib.
Marja.az xəbər verir ki, bu səhər Dollar/yen məzənnəsi psixoloji 160 səviyyəsinə yaxınlaşıb.
Kanda, “Məznədə dalğalanmalar olarsa, bu, ölkə iqtisadiyyatına mənfi təsir göstərə bilər. Spekulyasiyaya əsaslanan həddindən artıq hərəkətlər olarsa, biz müvafiq tədbirlər görməyə hazırıq" deyib.
Son günlərdəki itkilər tədricən olsa da, yen 29 aprel və 1 may tarixlərində, baş tutacağı proqnozlaşdırılan müdaxilələr zamanı əldə etdiyi qazancların əksəriyyətini artıq geri qaytarıb.
Analitiklər bildirir ki, Yaponiya Mərkəzi Bankının (BOJ) müdaxiləsinin növbəti raundu, dollar aprel ayının sonunda gördüyü 160.20 səviyyəsini keçərsə baş verəcək.
ABŞ-ın PMI məlumatlarının gözləniləndən daha güclü olması və BOJ-nin istiqraz alışlarını azaltmaq üçün təfərrüatlı bir plan təqdim etmək istəməməsi ötən həftə yenin dollar qarşısında dəyər itirməsinə səbəb olub.
Digər tərəfdən, Tokyo Financial Exchange Inc.-ın məlumatlara görə, Yaponiya pərakəndə investorları may ayından etibarən fyuçers müqavilələri vasitəsilə yen üzrə uzun mövqelərini artırıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
14 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 18 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















