"Xan"ın satışdan gəliri artıb
Araq, konyak, şampan məhsulları istehsal edən və "Xan" brendi ilə tanınan "Göygöl Şərab Zavodu" ASC 2023-cü ili 1 milyon 406 min manat xalis zərər ilə başa vurub. Şirkət 2022-ci ili 789 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, ötən il "Göygöl Şərab Zavodu"nin xalis zərəri 617 min manat və ya 78,2% artıb.
Marja.az xəbər verir ki, "Göygöl Şərab Zavodu"nun satışdan gəliri (əsas əməliyyat gəliri) 2022-ci ildə 15 milyon 52 min manat ikən, 2023-cü ildə 15 milyon 672 min manata yüksəlib (620 min manat artıb). Gəlirin artmasına qarşılıq əməliyyat xərclərinin daha çox artması ASC-nin xalis zərərinin artması ilə nəticələnib.
“Göygöl Şərab” ASC Azərbaycanın qocaman malik şərab, konyak, şampan, və vodka istehsal edən müəssisəsidir. Zavod əsasən “Xan”, “Göygöl”, “Karabakh” markaları ilə şərablar istehsal edir. “Göygöl Şərab Zavodu” ASC 16 sentyabr 2005-cı il tarixindən səhmdar cəmiyyət kimi fəaliyyət göstərir. Əsas səhmdarı 99.88% payla “Vinagro” MMC-dir. “Vinagro” MMC-nin təsisçisi nizamnamə kapitalında 100% payla Həsənov Rafiq Həsən oğludur.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
10 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"

























