Hər inək üçün illik 100 avro vergi
Danimarkada hökumət qida ilə əlaqədar emissiyaları azaltmaq üçün yeni qərar qəbul edib.
Marja.az xəbər verir ki, peşəkar təşkilatların və ekoloji qrupların iştirakı ilə aylarla davam edən qızğın müzakirələrdən sonra heyvandarlara tətbiq ediləcək yeni vergi müəyyən olunub.
Kənd təsərrüfatının ilk karbon vergisi olan bu qərara görə, hər inək üçün illik 100 avro vergi ödənilə bilər.
İnək və qoyun kimi gövşəyən heyvanlar həzm prosesi zamanı karbon qazından daha güclü istixana qazı olan metan istehsal edirlər. Bunun demək olar ki, üçdə ikisi inəklərin payına düşür.
Bu il Danimarka parlamentində sözügedən vergi ilə bağlı səsvermənin keçirilməsi gözlənilir.
Ölkə 2030-cu ilə qədər emissiyaları 1990-cı il səviyyəsi ilə müqayisədə 70 faiz azaltmağı hədəfləyir.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 21 d. əvvəl
- 3 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
5 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
5 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
5 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
6 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib
























