Kapital Bank-ın tərəfdaşlığı ilə “Yerli şirkətlərin tanıtım sərgisi” yekunlaşdı
(®) Ölkənin birinci bankı Kapital Bank-ın rəsmi tərəfdaşlığı ilə ölkəmizdə 5-ci dəfə “Yerli şirkətlərin tanıtım sərgisi” baş tutdu. 150-dən çox şirkətin iştirak etdiyi sərginin təşkilatçıları Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group” idi.
Sərginin açılış tədbirində çıxış edən Kapital Bank-ın İdarə heyətinin üzvü, Baş korporativ satış inzibatçısı Fərid Hidayətzadə tədbiri sahibkarlığın inkişafı istiqamətində atılan önəmli addımlardan biri kimi dəyərləndirib. “Sahibkarlığın inkişafı prioritetlərimizdən biridir. Hazırda Kapital Bank-ın 44 000 aktiv mikro və korporativ müştərisi var. Onlar üçün yaradılan imkanlardan danışsaq individual olaraq formalaşdırılan “Maestro” tarifini mütləq qeyd etməliyəm. Hazırda 1500 müştəri bu tarifdən yararlanaraq xərclərinə 970 000 manat qənaət edib. Rəqəmsallaşmanın tətbiqi ilə təkcə ötən il onlayn olaraq 26 000 sayda kredit rəsmiləşdirmişik. Bundan əlavə, ötən il ərzində başdan başa onlayn şəkildə 2970 sayda 18 milyon manat məbləğində qarantiya məktubu rəsmiləşdirilib. Eləcə də biz müştərilərimizə tam onlayn şəkildə hesab açmaq imkanını da yaratmışıq. İmkanlar olduqca genişdir və biz bu istiqamətdə məhsullarımızı inkişaf etdirməyə davam edirik. Bildiyiniz kimi biz artıq doğma Qarabağımızda Xankəndi, Laçın, Zəngilanda da fəaliyyətə başlamışıq və burada da sahibkarların yanındayıq. Məqsədimiz hər bir sahibkara onun profilinə uyğun, işini asanlaşdıracaq, vaxtına qənaət edəcək bank məhsullarını təklif edə bilməkdir”.
Qeyd edək ki, “Yerli şirkətlərin tanıtım sərgisi” 2019-cu ildən etibarən keçirilir. Kapital Bank-ın da hər il dəstək olduğu sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq, satış imkanlarını genişləndirmək və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
9 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 13 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















